Məhkəmə qərarları › İş №3(073)-1203/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1203/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1203/2023 28.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad rayon məhkəməsinin hakimi Cəbrayılov Vüsal Adil oğlu, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs- xx xxx 1988-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə məhkum olunmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində Cəlilabad rayon X1 rayon məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 02 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsi bina 6, mənzil 8-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin qarşısından dəhlizə qoyulmuş ona məxsus “LG” markalı 200 (iki yüz) manat dəyərində paltaryuyan maşını oğurlamaqla özgə əmlakını talamışdır. Bundan başqa o, 05 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsi bina 27, mənzil 13-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2107 markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobildən 60 (altmış) manat dəyərində “Pioner” markalı səsgücləndirici oğurlamaqla özgə əmlakını talamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətanı törətmişdir. Şəxs törətmiş olduğu inzibati xəta özünün şəxsi etirafı və inzibati xəta haqqında işin materialları ilə tam təsdiq edilmişdir. Şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf edib izahat verərək göstərdi ki, o, 07 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə Cəlilabad şəhərinə gəlmiş, M.Hüseyn küçəsində ətrafda heç kimin olmadığından istifadə edib binanın dəhlizində olan paltaryuyan maşını götürüb yolun kənarında avtomaşına qoyaraq Masallı rayonuna aparmışdır. Həmin günün səhəri Masallı rayonunda bazarın yanında 120 manata tanımadığı şəxsə sataraq Bakı şəhərinə getmişdir. Bundan başqa, o, 05 noyabr 2023-cü il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə Cəlilabad şəhəri, Azərbaycan küçəsində binanın qarşısında dayanmış “VAZ-2107 markalı avtomobilin arxa qapısını açıb avtomobilin salonunda olan “Pioner” markalı səsgücləndiricini söküb aparıb Bakı şəhərində 40 manata satmışdır. Törətdiyi əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Materiala əlavə olunmuş 17 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Materiala əlavə olunmuş 13 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bundan başqa, Şəxs inzibati xətanın sərxoş halda törətməsini Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri görərəkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, ailə vəziyyətini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respulikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarına əlavə olunmuş 27 noyabr 2023-cü il tarixli, AZA 020754 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 27 noyabr 2023-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Buna görə də Şəxs inzibati həbs etməsinin əvvəli 27 noyabr 2023-cü il tarixdən, saat 19:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 noyabr 2023-cü il tarixdən saat 1900-dan hesablansın. Qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar