Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1208/2023 12.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən 21 noyabr 2023ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. 21 noyabr 2023-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında, idxal olunan və X1 almadan dövriyyəyə buraxılan ərzaqlıq kartof məhsul partiyası barədə Bakı Regional bölmədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 448/FN qərar icra olunmamamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsinin “Qida Təhlükəsizliyi üzrə tələbə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağrılması haqqında” xx.xx.2023-cü il tarixli 448/FN nömrəli qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciət əsasında ölkə ərazisinə idxal olan ümumi çəkisi 21000 kq ərzaqlıq kartof məhsulu partiyasının dövriyyəsinin dayandırılması, Şəxs xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciət əsasında ölkə ərazisinə idxal olan ümumi çəkisi 21000 kq ərzaqlıq kartof məhsulu 10 (on) gün müddətinə geri çağrılsın və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, geri çağrılmış qida məhsulu Azərbaycan Respublikası Qida Təhlükəzizliyi Agentliyi tərəfindən həmin məhsul haqqında gərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsindən 04 noyabr 2023-cü il tarixli, 3-44-1/2-111110/23 saylı Şəxsnə ünvanlanmış məktubun surətindən görünür ki, Bakı regional bölməyə edilmiş xx.xx.2023cü il tarixli, İD********** nömrəli müraciət əsasında ölkə ərazisinə idxal olunan və labarator analizi zamanı karantin tətbiq edilən zərəli orqanizm aşkarlanan 21000 kq ərzaqlıq kartof məhsullarının geri çağrılması barədə Bakı regional bölmə qərar qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən 15 noyabr 2023-cü il tarixli, 3-44-1/2-11427/23 saylı Şəxsnə ünvanlanmış inzibati xəta haqqında iş üzrə icraata başlama barədə bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciət əsasında ölkə ərazisinə idxal olmuş və karantin tətbiq edilən zərəli orqanizm aşkarlanan 21000 kq ərzaqlıq kartof məhsul partiyası barədə Bakı regional bölmədən xx.xx.20023-cü il tarixli 448/FN nömrəli “Qida Təhlükəsizliyi üzrə tələbə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağrılması haqqında” qərar qəbul olunmuşdur. Məlumat olaraq bildirilmişdir ki, “Qida Təhlükəsizliyi üzrə tələbə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağrılması haqqında” xx.xx.20023-cü il tarixli 448/FN nömrəli qərarın icra müddəti 10 (on) gün qeyd olunmuşdur. Şəxs tərəfindən qərarın icrası ilə bağlı məlumat Agentliyin Bakı regional bölməsinə daxil olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün həmin məcəllənin 100.1-ci və 100.2-ci maddələrinin tələblərini nəzərə alaraq 21 noyabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185B ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsinə gəlməyi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında ölkə ərazisinə idxal olunan və labarator analiz zamanı karantin tətbiq edilən zərəli orqanizim aşkarlanan 21000 kq ərzaqlıq kartof məhsullarının geri çağrılması barədə regional bölmənin qərarı icra edilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional bölməsi tərəfindən 21 noyabr 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati qaydada cərimə edilməlidir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1208/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1208/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver