Məhkəmə qərarları › İş №3(073)-1210/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1210/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1210/2023 19.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, şikayət verən şəxs X1 müdafiəçisi Nümayəndə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon X6 X8 yol patrul xidmətinin baş inspektoru X2 iştirakı ilə, Şikayət verən şəxs X1 barəsində 21 noyabr 2023-cü il tarixli, İXP ******* saylı protokolun ləğv edilməsi barədə materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Cəlilabad rayon X6 X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli, İXP ******* saylı protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X1 nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə təqribən saat 11.36 radələrində Cəlilabad şəhəri, Babək küçəsi ilə idarə etdiyi “Lada 21214” minik markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən heç bir inzibati xəta törətmədiyi halda Cəlilabad rayonu, YPX-nin baş inspektoru, polis kapitanı X5 tərəfindən saxlanılmışdır. Cəlilabad rayonu, YPX-nin baş inspektoru, polis kapitanı X5 ona bildirmişdir ki, güya o, svetaforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi halına yol vermişdir. Həmin vaxt YPX-nin baş inspektoru, polis kapitanı X3 izah etdimişdir ki, o, hər hansı bir qayda pozmamış və məsuliyyətə də cəlb olunmalı deyildir. Lakin həmin vaxt inspektor onun ad, soyadını soruşub ona əsas və səbəb olmadan inzibati xəta barədə protokol tərtib etdiyini bildirmişdir. İşin halları ilə bağlı bildirir ki, xx.xx.2023-cü il tarixdə, saat 11.36 radələrində, o, idarə etdiyi “Lada 21214” markalı **-CM-*** dövlət qeydiyyat nömrəli avtomaşınla Cəlilabad şəhəri, Babək küçəsi ilə hərəkət edirmiş, bu vaxt YPX-nin baş inspektoru polis kapitanı X5 tərəfindən saxlanılaraq ona qarşı qanunsuz tələblər irəli sürülmüş, o, onun tələbləri ilə razılaşmadıqda ona səbəbsiz olaraq İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. O, inspektorun hərəkətlərinə etiraz etdikdə onun barəsində güya polisə tabe olmamağı barədə raport yazacağı adı ilə hədələməyə başladı. O, həmin vaxt DİN-nin 102 xidmətinə 3 dəfə zəng etmiş və bu barədə məlumat vermişdir. Bundan daha da hiddətlənən YPX-nin baş inspektoru avtomaşını idarə edəcəyi halda onu daha ağır cəzalara məruz qoyacağını çəkinmədən onun üzümə demişdir. Bundan sonra YPX-nin inspektoru xidməti avtomaşınına oturaraq DYPB-yə getmişdir. Tərtib etdiyi inzibati protokol ona təqdim olunmadığından, o, qardaşı ilə Cəlilabad DYPB-nin inzibati binasına getimiş və barəsində tərtib olunmuş inzibati protokolun surətinin ona verilməsini xahiş etmişdir. Bu zaman YPX-nin baş inspektoru onu hədələmiş, inzibati protokola imza etdirməyə məcbur etməyə cəhdlər emişdir. Hətta YPX-nin inspektoru Ariz İsmayılov onun sol qolumdan tutaraq məcburən inzibati protokola imza etdirməyə məcbur etməyə cəhdlər etsə də, o, onun hərəkətlərinə öz etirazını bildirmiş, bu zaman YPX-nin inspektoru təkrarən barəsində raport yazacağı ilə onu hədələmişdir. Bütün YPX-nin xidməti avtomaşınlarında kameralar quraşdırılıb, özlərinə bədən kameraları və sürücü ilə təmas zamanı səs ötürücü verilib ki, onların gündəlik fəaliyyəti bu kameralar vasitəsi ilə qeydiyyata alınsın, sürücü ilə YPX-nin insektorunun təması zamanı danışıqlar qeydə alınsın ki, YPX-nin inspektorları yollarda neqativ, polisin nifuzuna ləkə gətirən hərəkətlərdən çəkinsinlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 430.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar göstərilmişdir. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, yuxarıda sadalananlara, İnzibati Xətalar Məcəlləsinin 8-ci, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, Cəlilabad rayonu, YPX-nin baş inspektoru, polis kapitanı X5 tərəfindən inzibati tənbeh tətbiq etmə barədə 21 noyabr 2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon X10 X8 Yol Patrul Xidmətinin baş inspektoru X5 izahatında bildirdi ki, X4 xx.xx.2023-cü il tarixdə təqribən saat 11.36 radələrində Cəlilabad şəhəri, Babək küçəsi ilə idarə etdiyi “Lada 21214” minik markalı **- CM-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsaən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə tərəfindən saxlanılmışdır. Qayda pozuntusu YPX-nin xidməti avtomaşınının kamerasında qeydə alınmışdır. Törətdiyi inzibati xətaya görə X1 barəsində xx.xx.2023-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun barəsində tərtib olunmuş protokol tərtib olunmuş və X4 törətdiyi inzibati xətaya görə 60 manat cərimə edilmişdir. Şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon X6 X8 yol patrul xidmətinin baş inspektoru X2 xx.xx.2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətində göstərilir ki, X4 İXM-nin 327.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında yol patrul xidməti avtomobilinin müşahidə kamerasının video yazılış vasitəsindən götürülmüş diskə baxış zamanı da X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsaən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirilməsi öz əksini tapmışdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, şikayət verən şəxs X1 barəsində Cəlilabad rayon X6 X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP ******* saylı protokolun ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: Şikayət verən şəxs X1 barəsində Cəlilabad rayon X6 X8 yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən 21 noyabr 2023-cü il tarixli, İXP ******* saylı protokolun ləğv edilməsinə dair şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar