Məhkəmə qərarları › İş №3(073)-1224/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1224/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1224/2025 15.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, X1 iştirakı ilə, Masallı Rayon Yol Patrul Xidmətinin inspektoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Masallı Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şkayət vermişdir. Şikayət ərizəsinə əsasən, şikayətçi xx.xx.1991–ci ildə Cəlilabad rayon Seyidbazar kəndində doğulmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Masallı şəhəri İskəndərli kəndi ərazisində etibarnamə ilə idarə etdiyi “BMW 528” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən heç bir qayda pozuntusu etmədiyi halda yol polisi əməkdaşı ona saxla əmri vermiş, o da avtomobli saxlamışdır. Bu zaman idarə etdiyi avtomobildə normativ tələblər pozulmaqla konstruktiv dəyişkilik olması səbəbindən avtomobilin duracağa qoyulması tələb edilmişdir. O, onlara heç bir normativ tələbin pozulmadığını bildiərək, barəsində protokol tərtib edilməməsini xahiş etmişdir. Lakin buna baxmayaraq onun barəsində 342.2.2-ci maddə ilə protolkol tərtib edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun İ maddəsinin İİİ bəndinə əsasən istehsalı bitmiş avtomovillərin işıq cihazlarına yeni modellərn işıq cihazlarını qoymaq olar. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində göstərilir ki, normativ tələblər pozularsa qayda pozuntusu sayılır. O isə idarə etdiyi avtomobildə heç bir normativ tələbi pozulmayıb. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan protokolun ləğv olunmasna dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X7 verdiyi izahatında göstərmişdir ki, tənbeh qərarının qəbul edilməsinə səbəb avtomobilin təkərlərinə 19-luq ölçüdə disklərin qoyulması olmuşdur. Halbuki 19 və daha yuxarı ölçülərdə disklərdən istifadə edilməsi istehsalçının özü tərəfindən mümkün hesab edilib. Bu barədə idarə etdiyi “BMW” markalı avtomobilin ölkədə rəsmi satış təmsilçisi olan “İmprotex Motors”dan rəsmi məlumat əldə edib və məhkəməyə təqdim edir. Özü qanunlara əməl və icra edən şəxsdir, lakin hesab edir ki, hazırki qərar tamamilə əsassızdır. Həmin disk və təkərlərlə uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində avtomobilini idarə etməkdədir və indiyə kimi cərimə olunmayıb. Şikayətə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Masallı Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Masallı Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnxibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X4 xx.xx.2022-ci ildə, saat 20:30-da ona istinad olunan Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə görə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat inzibati cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs tərəfindən hər hansı normativ tələbin pozulması halı müəyyən edilmir. İş materiallarında olan, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş, “BMW” markalı avtomobillərin idxalçısı və satış təmsilçisi olan “İmprotex Motors”un müxtəlif tarixlərdə müxtəlif şəxslərə ünvanladığı məktubların surətlərindən görünür ki, 245/40/R19 və 275/35/R19 ölçüdə təkərlərin istifadə edilməsinə istehsalçı tərəfindən icazə verilmişdir. Yəni, həmin ölçüdə təkərlərin quraşdırılması və istifadə edilməsi normativ tələblər daxilindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, habelə inzibati orqanın nümayəndəsinin iştirakının təmin edilməsi üçün məhkəmə iclasının təxirə salınmaqla başqa vaxta təyin edilməsinə baxmayaraq Masallı Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən tələb olunan sübutları (konkret olaraq hansı normativ tələbin pozulması barədə sübutları) təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X7 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Masallı Rayon Polis Şöbəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Masallı Rayon Polis Şöbəsinin əməkdaşı polis mayoru X5 tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar