Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1225/2025 22.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1986-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 19 sentiyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 19 sentiyabr 2025-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndi ərazsində ucadan nalayiq ifadələr polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, 19 sentiyabr 2025-ci il tarixdə saat 22 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində qanuni əsaslarla idarə etdiyi “VAZ 2106” minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkətdə olan zaman YPX inspektoru ona saxla işarəsi vermiş və o da avtomaşını yolun kənarında saxlamışdır. YPX inspektoru ona yaxınlaşaraq özünü təqdim etdib uzaq işıqlardan istifadə etdiyini bildirmiş və barəsində protokol tərtib ediləcəyini bildirmişdir. Həmin vaxt o əsəbi olduğundan uca səslə nalayiq ifadələr işlətməklə başlamışdır. Bundan sonra YPX inspektoru onu nizam-intizama dəvət edib avtomaşınla birlikdə RPŞ-yə gətirmişdir. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərfi ki, o, Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 19 sentiyabr 2025-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Vüsal Haxverdiyevlə birlikdə xidmətdə olan zaman hərəkətdə olan “VAZ 2106” minik markalı **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin uzaq işıqlarından istifadə etdiyini görub həmin avtomaşına saxla işarəsi vermişlər. Lakin avtomaşının sürüçüsü saxla işarəsinə məhəl qoymayaraq avtomaşını idarə etməyə davam etmişdir. Təximən 500 metr hərəkət etdikdən sonra sürücü avtomaşını yolun kənarında saxlamışdır. Onlar avtomaşına yaxınlaşıb özlərini təqdim edib sürücüyə hüquq pozuntusu törətdiyini bildirmişlər. Həmin vaxtı sürücüdən sprtli içki iyi gəldiyini hiss edib sürücüyə sprtli içki qəbul edib-etmədiyini soruşmuşlar. Sürücü də sprtli içki qəbul etdiyini bildirmişdir. Onlar avtomaşının duracağa yerləşdiriləcəyini və özünün isə tibbi muayinədən keçiriləcəyini bildirmişlər, sürücü də onlarla razılaşmışdır. Vüsal Haxverdiyiev qeyd olunan avtomaşının duracağa yerləşdiriləməsini təmin etmək üçün həmin avtomobilə əyləşmiş, sürücü isə arxa oturacaqda əyləşmiş, təxminən bir km sonra Vüsal Haxverdiyev avtomaşını saxlamış, həmin vaxtı oda xidməti avtomaşını saxlayib onlara yaxınlaşada Vüsalın xidməti geyim formasının yarasız halda olduğunu, sürücü isə nəlayiq ifadələrlə Vüsalı təhqir etdiyini görmüşdür. Bundan sonra efir vasitəsi ilə PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar. Təxinən 6-7 dəqiqədən sonra PPXB-nin əməkdaşları gələrək sürücünu avtomaşınla RPŞyə gətirdik. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1225/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1225/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver