Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-124/2025 27.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin nümayəndəsinin, həmçinin protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, məhkəmənin xx.xx.2025-ci il tarixli iclası barədə məhkəmə bildirişi Şəxs MMC-nə çatmadığı üçün iclas xx.xx.2025-ci il tarixə təxirə salınmışdır, həmin iclas barədə məhkəmə bildirişi yenə də Şəxs MMC-nə çatmamışdır, bu barədə müvafiq poçt məktubu iş materiallarında yer alır. Məhkəmə hesab edir ki, protokol əsaslıdır və Şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə təsdiq edilmişdir. Belə ki, işdə olan 28 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, altsistem vasitəsilə aparılan təhlillər nəticəsində inzibati orqan tərəfindən Şəxs MMC-nin işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanmadığı aşkar edilmişdir, hüquqi şəxs onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak üçün dəvət edilmişdir, həmin tarixədək müvafiq növ icbari sığortalanmanı təmin edib nəticəsi barədə inzibati orqana məlumat verilməsi tələb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən inzibati orqanın nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında protokolu müdafiə etmişdir. Bildirmişdir ki, Dövlət Sosial Sığorta Bürosundan onlara mütəmadi olaraq məlumatlar daxil olur, həmin məlumatlarda hansı müəssisələrin müvafiq növ sığorta müqaviləsi bağlamadığı göstərilir. Bundan sonra Müfəttişlik tərəfindən altsistem vasitəsilə araşdırma aparılır və müqavilə bağlamayan hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunur. Sığorta Bürosundan məlumatlar rəsmi elektron poçt vasitəsilə “Excel” fayllar şəklində təqdim olunur, həmin faylı məhkəməyə təqdim edə bilər. xx.xx.2025-ci il tarixdə inzibati orqanın rəsmi elektron poçt ünvanı ilə göndərilmiş, “Excel” faylda olan çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən 9 (doqquz) nəfər işçinin icbari qaydada sığortalanması üzrə müqavilələr bağlanılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən 28 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-124/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-124/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver