Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1240/2025 21.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şikayət verən şəxs X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayətə baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X11 ərizəsini əsaslandıraraq göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarla Azərbyacan Respublikası İXM-nin 253.1-ci maddəsinə əsasən 700 manat cərimə edilmişdir. Səbəb olaraq isə 07 avqust 2025-ci il tarixdə Cəlilabad meşəliyinin 1 saylı meşə dolayısında qanunsuz olaraq fıstıq cinsi yaş köküstə ağacı kəsərək aparmağı göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarı ədalətli olmamışdır və həmin qərarla inzibati məsuliyyətə cəlb edilməyi İXM-nin müddəalrına zidd olmuşdur. Belə ki, o və həmkəndlisi X4 07 avqust 2025-ci il tarixdə yaşadıqları kəndin yaxınığında meşə sahəsində qurumuş ağacların yerə tökülmüş budaqlarını at ilə aparmaq istəyəndə iki ədəd kəsilərərk yerə atılmış ağac parçasına rast gəlmişlər və onları da özləri ilə aparmaq qərarına gəlmişlər. Daha sonra meşə sahəsindən çıxmaq istəyən zaman meşəbəyi tərəfindən saxlanılmışlar. Aslan Şükürovun barəsində İXM-nin 252-ci maddəsi ilə, onun barəsində isə ilk öncə protokol və daha sonra qərar qəbul edilərərk, o, İXM-nin 252-ci maddəsi ilə 350 manat məbləğində inzibati cərimə edilmişdir. Cəlilabad RPŞ-nin TB-si tərəfindən qəbul edilmiş qərardan görünür ki, onun əməlində nə cinayət tərkibi, nə də ki, inzibati xətanın əlamətləri mövcud deyildir. Göründüyü kimi 07 avqust 2025-ci il tarixdə törətdiyi inzibati xətaya görə əsassız inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən eyni əmələ görə ikinci dəfə barəsində tərtib edilmiş 11 sentyabr 2025-ci il tarixli, ******* nömrəli qərar əsassızdır və ləğv edilməidir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 11 sentyabr 2025-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 bildirdi ki, 07 avqust 2025-ci il tarixdə, 11 saylı Regional X3 əməkdaşları Cəlilabad meşəbəyliyinin 1 saylı meşə dolayında 11 saylı X8 Cəlilabad meşəbəyliyinin 1, 2, 9a saylı meşə dolaylarında baxış keçirən zaman Cəlilabad rayonu, Əsədli kənd sakini X12 bir ədəd 36 sm diametrində yaş kök üstə fıstıq cinsindən olan ağacı at sürütmüəsi vasitəsi ilə aparan zaman tərəflərindən saxlanılmış. Ondan ağacı hansı dolaydan kəsib gətirdiyini soruşmuşlar. Azad Paşayev məlumat verməkdən imtina etmişdir. At sürütməsinin izi ilə gedərək ağacın 1 saylı meşə dolayından kəsildiyini aşkar etmişlər. Kəsilmiş ağacın dib kötüyünə baxış keçrilmiş. Cəlilabad meşəbəyliyi meşəsinə məxsus 047 nömrəli meşə damğası ilə damğalanmış və diametri ölçülərək qeydiyyatda alınmışdır. X5 törətdiyi hadisə ilə bağlı izahat istənilmiş, o, izahat verməkdən imtan etmiş, Azad Paşayev izahat verməkdən imtina etdiyinə görə ağacın at sürütməsi ilə birlikdə fotoşəkkillləri çəkilmiş və vətəndaşın səs yazısı telefona yazlmışdır. Kəsilmiş ağaca uyğun akt tərtib olunmuş və həcm qiyməti cədvələ əsasən hesablanmış akta əlavə edilmişdir. X11 Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 avqust 2025-ci il tarixli, 007543 nömrəli monitorinq aktından və ona əlavə edilmiş fotoların surətindən görünür ki, X3 Cəlilabad meşəbəyliyinin 1 saylı meşə dolayında 11 saylı X8 Cəlilabad meşəbəyliyinin 1, 2, 9a saylı meşə dolaylarında baxış keçirən zaman Cəlilabad rayonu, Əsədli kənd sakini X12 bir ədəd 36 sm diametrində yaş kök üstə fıstıq cinsindən olan ağacı at sürütmüəsi vasitəsi ilə aparan zaman 11 saylı X8 əməkdaşları tərəfindən saxlanılmış. Azad Paşayevdən ağacı hansı dolaydan kəsib gətirdiyini soruşmuş. Azad Paşayev məlumat verməkdən imtina etmişdir. At sürütməsinin izi ilə gedərək ağacın 1 saylı meşə dolayından kəsildiyini aşkar edilmişdir. Kəsilmiş ağacın dib kötüyünə baxış keçrilmiş. Cəlilabad meşəbəyliyi meşəsinə məxsus 047 nömrəli meşə damğası ilə damğalanmış və diametri ölçülərək qeydiyyatda alınmışdır. X5 törətdiyi hadisə ilə bağlı izahat istənilmiş, o, izahat verməkdən imtan etmişdir. Azad Paşayev izahat verməkdən imtina etdiyinə görə ağacın at sürütməsi ilə birlikdə fotoşəkilləri çəkilmiş və vətəndaşın səs yazısı telefona yazlmışdır. Kəsilmiş ağaca uyğun akt tərtib olunmuş və həcm qiyməti cədvələ əsasən hesablanmış akta əlavə edilmişdir. İş materialına əlavə edilmiş 11 saylı X9 Mərkəzinin Cəlilabad meşəbəyliyinin 1 saylı meşə dolayının 07 avqust 2025-ci il tarixli həcm-qiymət cədvəlinin sürətindən görünür ki, bir ədəd həcmi 1,17 kv.m olan fıstıq ağacının qiyməti 23,15 manatdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında qərar”ın surətində göstərilir ki, 07 avqust 2025-ci il tarixdə Cəlilabad meşəbəyliyinin 1 saylı meşə dolayında fıstıq cinsindən yaş köküstə ağac X11 tərəfindən kəsilib apaıldığına görə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından göründüyü kimi X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərfindən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların kəsilməsinə görə 700 manat cərimə edilmiş və şikayətci X11 göstərdiyi kimi eyni əmələ görə iki dəfə cərimə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətçi X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət verən şəxs X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 11 sentyabr 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1240/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1240/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver