Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1268/2023 13.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx xxxx 1982-ci il tarixdə Cəlilabad rayon Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayon Maşlıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(073)-1997/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1700 manat pul və 48 manat dövlət rüsmu alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədini icra müddəti ərzində icrasını təmin etməmiş, Cəlilabad Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(073)-1997/2022 saylı icra vərəqəsi üzrə 1748 manat borcu yaranmışdır. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Elvin Mansurov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Zeynalov X3 Rayon Məhkəməsinin 11 noyabr 2022ci il tarixli, 2(073)-1997/2022 saylı icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Şəxs bu günə olan borcu 1748 manatdır. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Cəlilabad Rayon Məhkəməsinin 11 noyabr 2022ci il tarixli, 2(073)-1997/2022 saylı icra vərəqəsi üzrə tələbkar X1 ödənilməmiş 1748 manat borcu vardır. Heç bir yerdə işləmir və maddi imkanı olmadığı üçün həmin borcunu ödəyə bilməmişdir. Əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(073)-1997/2022 saylı icra vərəqəsi, icra məmuru Elvin Mansurovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respulikası İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-1268/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1268/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver