Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1269/2023 14.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Eıməddin Fizuli oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə X6 – xx.xx.1997-ci ildə Cəlilabad rayonu, Pərdi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon, Pərdi kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə X1 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2375/2022 saylı icra vərəqəsinə əsasən cəmi, 2782,74 manat və və dövlət rüsumu kimi ödənilmiş 48 manat tutularaq tələbkar "xxxx" KB ASC-yə və Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1269/2022 saylı icra vərəqəsinə əsasən cəmi, 351 manat və və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq tələbkar "xxxx" Telekom MMC-yə verilməməklə üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X11 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2375/2022 saylı icra vərəqəsinə əsasən cəmi, 2782,74 manat və və dövlət rüsumu kimi ödənilmiş 48 manat tutularaq tələbkar "xxxx" KB ASC-yə və Cəlilabad rayon məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(073)-1269/2022 saylı icra vərəqəsinə əsasən cəmi, 351 manat və və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq tələbkar "xxxx" Telekom MMC-yə verilməsi qət edilmişdir. İcra vərəqələri üzrə borclu X5 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanın zəif olduğunu bildirərək borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. X2 hal-hazırda Cəlilabad rayon məhkəməsinin icra vərəqələri üzrə cəmi 3213 manat məbləğində borcu vardır. X5 inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X6 ona istinad olunan izibati xətani törətməsini qismən etraf edərək verdiyi izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2375/2022 saylı icra vərəqəsinə əsasən cəmi, 2782,74 manat və və dövlət rüsumu kimi ödənilmiş 48 manat tutularaq tələbkar "xxxx" KB ASC-yə və Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1269/2022 saylı icra vərəqəsinə əsasən cəmi, 351 manat və və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq tələbkar "xxxx" Telekom MMC-yə verilməsi qət edilmişdir. Onun hal-hazırda Cəlilabad rayon məhkəməsi tərəfindən çıxarılmış icra vərəqələri üzrə cəmi 3213 manat məbləğində borcu vardır. Hal-hazırda həmin borcu ödəməyə imkanı yoxdur. Amma yaxın zamanlarda borcunu ödəyəcəkdir. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələkbarın izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs X3 məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunmuş borclu X6 borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, X4 şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X6 Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1269/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1269/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver