Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1271/2025 07.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X3 Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun telefonuna SMS gələrək ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 100 (yüz) manat məbləğində cərimə tətbiq olunduğu qeyd edilmişdir. Sözügedən avtomobil mülkiyyət hüququ üzrə onun oğlu Mehdi Səlimliyə məxsusdur. Həmin avtomobili o, etibarnamə əsasında idarə edir. SMS “Radar.az” tətbiqindən əldə edilmiş məlumata əsasən, etibarnamə əsasında idarə etdiyi ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə, saat 23:38 radələrində Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 164 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğu göstərilərək onun barəsində 100 manat məbləğində cərimə qərarı qəbul edilmişdir. Lakin qanunvericiliyin tələbinə görə inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirini təsdiq edən sübutlar – foto və ya video görüntülər inzibati xəta haqqında tərtib edilmiş protokola əlavə edilməli və bu sübutlar əsasında təqsirin qiymətləndirilməsi aparılmalıdır. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərara əlavə olunmuş foto və ya video sübutlar yoxdur. Əgər belə sübutlar mövcud olsaydı, onlar qəbul edilmiş qərara əlavə olunmalı idi. “Radar.az” tətbiqindən əldə olunmuş 3 şəkildən 2-də avtomobilin markası və dövlət qeydiyyat nişanı görünmür. Yalnız 3-cü şəkildə etibarnamə əsasında idarə etdiyi avtomobilin ön nömrəsi və “abliçovkası” görünür. Lakin həmin 3-cü şəkildə nə avtomobilin hərəkətdə olması, nə də inzibati xətanın törədilməsi barədə hər hansı göstərici mövcuddur. Şəkildə avtomobili idarə edən şəxsin kimliyi də görünmür. 1-ci və 2-ci şəkillərdə isə avtomobilin nə nömrəsi, nə idarə edən şəxs, nə də avtomobilin rəngi seçilmir. 3-cü şəkildə isə yalnız avtomobilin nömrəsi görünür ki, bu da aydın şəkildə göstərir ki, 3-cü şəkil digər iki şəkillə eyni vaxtda çəkilməmişdir. 1 və 2-ci şəkillər tamamilə bulanıq olduğundan həmin şəkillərdə nəinki onun idarə etdiyi avtomobilin, ümumiyyətlə, heç bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünmür. Əgər həqiqətən həmin vaxt 3-cü şəkil çəkilmişdirsə, digər şəkillərin bu qədər bulanıq olduğu halda, 3-cü şəkildə nömrənin bu dərəcədə aydın görünməsi mümkün deyil. Həmçinin, əgər 3-cü şəkildə avtomobilin dövlət qeydiyyat nişanı bu qədər aydın görünürdüsə, nəyə görə sübut kimi avtomobilin dönmə anındakı görüntüsü (nömrəsi ilə birlikdə) təqdim edilməmişdir? Qeyd edir ki, 3-cü şəkildə qeyd olunan dövlət qeydiyyat nişanı onun etibarnamə əsasında idarə etdiyi avtomobilə məxsusdur. Lakin onun hər hansı qayda pozuntusu törətməsi bu şəkillərdə öz təsdiqini tapmır. Aydın olur ki, 3-cü şəkil digər şəkillərlə müqayisədə fərqli vaxtda və başqa şəraitdə çəkilmişdir. Belə ki, 1-ci və 2-ci şəkillərdə avtomobillərin, xüsusilə ön planda olan nəqliyyat vasitələrinin heç birinin dövlət qeydiyyat nişanı görünmür. Kameraya daha yaxın olan avtomobillərin nömrələri belə oxunmadığı halda, onun arxada olan avtomobilinin nömrəsinin bu qədər aydın görünməsi və həmin şəklin ayrıca sübut kimi əlavə olunması real vəziyyəti əks etdirmir. Bu səbəbdən hesab edir ki, fotoşəkillər obyektiv şəkildə tərtib edilməmiş, sübutlar saxtalaşdırılmış və nəticədə onun barəsində əsassız olaraq cərimə tətbiq edilmişdir. Sübutlar olmadığı halda, qərar qəbul edən şəxs onun təqsirli bilinməsinə dair qərar qəbul etməməli idi. O, hər hansı qayda pozuntusu törətməyib və inzibati məsuliyyətə cəlb olunmalı deyil. Qərar qanunsuzdur və qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Bu səbəbdən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunur ki, həmin qərar barədə yalnız SMS vasitəsilə təzəlikcə xəbərdar olmuş və məlumat aldıqdan dərhal sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Göründüyü kimi, o, hər hansı inzibati xəta törətmədiyi halda, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar əsassızdır. Buna görə də həmin qərar ləğv edilməli, işin icraatına xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli elektron qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 23:38-də Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 164 ünvanında “Mercedes Benz C180” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çızmaqla manevr etmə qaydalarını pozmuş, bu səbəbdən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, hadisənin videogörüntüsünə baxış keçirilməli, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, onun iştirakı təmin edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli, şikayətçinin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinı qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30755437 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №3(073)-1271/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1271/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver