Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1273/2025 08.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Ağayeva Aynur İsa qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Cəlilabad rayonunun Badamağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Badamağacı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonunun Genyli kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək verdiyi izahatında göstərmişdir ki, o 2016-cı ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və onların iki övladları vardır. Aralarında müxtəlif vaxtlarda mübahisə olsa da ciddi dava-dalaş olmamışdır. 15-16 avqust tarixlərindən birində Zərərçəkmiş şəxs ilə aralarənda mübahisə olmuş, mübahisənin yaranmasına səbəb isə ona qarşı ani əsəbləşməsi olmuşdur. O əsəbi olduğu üçün həmin vaxt saat 15 radələrində Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə sillə vurmuşdur. Hazırda əməlindən səmimi peşmandır və zərəçəkmiş şəxslə barışmaq niyyəıtindədir. Qeyd edilənləri nəzərə alınaraq məhkəmədən cərimə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs ilə 2016cı ildə ailə qurmuşdur və birgə evliliklərindən iki övladları olmuşdur. Son vaxtlar Ruslan onunla əsassız olaraq mübahisələr edib döymüş, lakin ailə dağılmasın deyə əvvəllər müraciət etməmişdir. Sonuncu dəfə 15-16 avqust tarixlərində yaşadığım evdə Ruslan onun sifət nahiyyəsinə yumruq vurmuş və onun burnu qanamışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu bildirmiş və şəxsin islah olunması üçün onu nəzarətə götürməyi, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İşdə olan “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 577 saylı rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs qəzənda sol gözyuvası ətrafında və burun nahiyyəsində qançır, üst dodağın selikli qışasında əzilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə ailə münasibətlər zəminində yaranmışdır, mübahisəyə ailədə olan narazılıqlar səbəb olmuşdur, onlar mübahisə edərkən Vüsaləyə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun gənc olmasını, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd olunan əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə cəzasının yuxarı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-1273/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1273/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver