Məhkəmə qərarları › İş №3(073)-1277/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1277/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1277/2023 18.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta törədən Şəxs iştrakı ilə, Şəxs – xx.xx.1983-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Cavadxan küçəsi X4 nömrəsiz evdə qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 18 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:45 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının aparatında ictimai qaydanı pozmuş, ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 10-11 radələrində torpaq sənədlərinə çıxarış almaq üçün Cəlilabad rayon İcra Hakimiyyətinə getmişdir. İcra Hakimiyyətindən ona bildirilmişdir ki, adiyatı orqanlara müraciət etsin, o da əsəbləşmiş və İcra Başçısının maşınına yumruqtəpik vuraraq, sənədlərin düzəlməsə özünü maçının qabağına atacağını bildirmişdir. Cəlilabad rayon İcra Hakimiyyətinin işçiləri onunla mübahisə etmişlər. Əməlindən peşmandır. Qeyd edilənlərə nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 16:45 radələrində Cəlilabad rayon İcra Hakimiyyətində xidmətə olan zaman tanımadığı bir nəfər İcra Hakimiyyətinin inzibati binasının daxilində ucadan nəlayiq ifadələr işlədərək hay-küy salmağa başlamışdır. O, ona iradını bildirdikdən sonra həmin şəxs binanın həyətinə çıxaraq yenidən uca səslə ünvansız nəlayiq ifadələr işlətmişdir. O, həmin şəxsə özününü təqdim etmiş və onu nizam intizama dəvət etmiş, etdiyi əməlin qanunazidd məhsuliyyətini ona izah edərək bu barədə müvafiq raport yazmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlindən peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır və məhsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 11:30-da hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar