Məhkəmə qərarları › İş №3(073)-1286/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1286/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1286/2023 21.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxsnın, Zərərçəkmiş şəxsnın iştirakı ilə, Şəxs – xx.xx.1962-ci ildə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 21 dekabr 2023-cü tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində ona məxsus xırda buynuzlu heyvanlar Salmanın həyətyanı sahəsinə daxil olmuş o, həmin heyvanları çıxaran zaman Salmanla sözlü mübahisə etmişdirlər. Salman onu şərləyir, o Salmanı hədələməmiş və onu şallaqla vurmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Şəxs məxsus xırda buynuzlu heyvanları onun həyətyanı sahəsinə daxil olmuş o, həmin heyvanları çıxaran zaman Şəxs onunla mübahisə etmiş və əlində olan şallağı onun bel nahiyyəsinə 2 dəfə vurmuş, həmin vaxt sonuncu və onun həyət yoldaşı X1 onu söyüb təhqir etmişdir. Ondan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəngmərkəzinə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamışdır. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1287 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ kürək və sol kürəkaltı nahiyyədə qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X2 Bölməsinin 29 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnın törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnın inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnın barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar