Məhkəmə qərarları › İş №3(073)-1290/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1290/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1290/2025 27.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsidən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 08 oktyabr 2025-ci il tarixdə saat 14:30 radələrində Cəlilabad rayonu, ünvan 2a yerləşən “№1 Ailəvi dönər evi” adlı obyektin reklam yayımcısı X5 tərəfindən-yazılı göstərişə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri yerinə yetirilməməsi göstərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı,1255790 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 08 oktyabr 2025-ci il tarixdə Cəlilabad rayonu, ünvan 2a yerləşən “№1 Ailəvi dönər evi” adlı obyektin sahibi X4 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri yerinə yetirilməməsi faktı müəyyən edilmiş, bu səbəbdən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” xx.xx.2025-ci il tarixli 02 saylı aktdan və fotoşəkildən görünür ki, Cəlilabad rayonu, ünvan 2a yerləşən “№1 Ailəvi dönər evi” adlı obyektin sahibi X4 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımının aparılması müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, fotoşəkillər çəkilərək müvafiq akta əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli 11-3-6/2-1316/2025 saylı yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi X2 Cəlilabad rayonu, ünvan 2a açıq məkanda qanunsuz yerləşdirilən reklam yayımının dərhal dayandırılması və bu barədə “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsinə əsasən 5 gün müddətində Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi müraciət etməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli 11-3-6/2-1437/2025 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən X2 bildiriş ünvanlanmaqla xx.xx.2025-ci il tarixdə saat 14:30-da Cəlilabad rayonu, ünvan 2a yerləşən “№1 Ailəvi dönər evi” adlı obyektə baxış keçirilməsində iştirak etməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, X2 ünvanlanmış bildiriş xx.xx.2025-ci il tarixdə saat 10:52-də ünvançıya çatdırılması barədə məlumat qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli 02 saylı baxış aktından görünür ki, xx.xx.2025-ci il tarixli 11-3- 6/2-1316/2025 saylı aktı və yazılı göstərişin xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, ünvan 2a yerləşən “№1 Ailəvi dönər evi” adlı obyektin sahibi X2 çatmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən sözügedən obyektə baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi və yazılı göstərişdə qeyd olunanlara əməl edilməməsi aşkar edilmiş, yerində akt tərtib edilməklə fotoşəkillər çəkilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş imtina aktından görünür ki, X4 baxış aktını almaqla və inzibati xəta haqqında protokolu imzlamaqdan imtina etmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, X4 vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, X2 açıq havada yerləşdirilmiş reklam ilə bağlı qanunvericiliyin tələbinin gözlənilməsi ilə bağlı və görüləcək məsuliyyət tədbiri barədə yazılı göstərişlə müraciət edilmiş, həmin müraciət ona poçt vasitəsi ilə təqdim olunmuş, keçirilən monitorinq nəticəsində onun həmin reklam örtüklərini sökmədiyi, qanunusuz əməlini davam etdirdiyi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin qanunun 26.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda qeyd edilən qanunun 26.2-ci maddəsində göstərilmişdir ki, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Cəlilabad rayonu, ünvan 2a yerləşən “№1 Ailəvi dönər evi” adlı obyektin sahibi X4 tərəfindən açıq məkanda reklam yerləşdirməklə bağlı qeyd edilən normaların tələbləri pozulmuş, icazəsiz quraşdırdığı reklam örtüklərini aradan qaldırması üçün Reklam İdarəsi tərəfindən yazılı göstəriş verilsə də, yazılı göstərişin tələblərinə riayət etməyərək özünə məxsus obyektin qapı və pəncərəsinə yerləşdirdiyi reklam örtüklərini saxlamaqda davam etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı vəzifəli şəxs X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsin birinci dəfə qeyd edilən inzibati xətanı törətdiyini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünün aşağı həddində tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar