Məhkəmə qərarları › İş №3(073)-130/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-130/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-130/2025 19.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Gülbala oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Gülbala oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Gülbala oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şəxs Gülbala oğlunun ona istinad olunan inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan EQ 21573947 saylı protokolun surətindən görünür ki, Şəxs Gülbala oğlu 05 iyun 2024-cü il tarixdə istifadəsində olan E407KY30 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 iyun 2024-cü il tarixdə protokol tərtib edilərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan EQ 22881195 saylı protokolun surətindən görünür ki, Şəxs Gülbala oğlu 09 sentyabr 2024-cü il tarixdə istifadəsində olan E407KY30 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sveteforun və ya nizamlayıcının qadağanedici işrarəsi verilərkən hərəkətini davam etdirməsinə görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 sentyabr 2024-cü il tarixdə protokol tərtib edilərək, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan EQ 22898783 saylı protokolun surətindən görünür ki, Şəxs Gülbala oğlu 10 avqust 2024-cü il tarixdə istifadəsində olan E407KY30 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sveteforun və ya nizamlayıcının qadağanedici işrarəsi verilərkən hərəkətini davam etdirməsinə görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 avqust 2024-cü il tarixdə protokol tərtib edilərək, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan EQ 22959293 saylı protokolun surətindən görünür ki, Şəxs Gülbala oğlu 13 avqust 2024-cü il tarixdə istifadəsində olan E407KY30 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 avqust 2024-cü il tarixdə protokol tərtib edilərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan EQ 22950421 saylı protokolun surətindən görünür ki, Şəxs Gülbala oğlu 13 avqust 2024-cü il tarixdə istifadəsində olan E407KY30 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 avqust 2024-cü il tarixdə protokol tərtib edilərək, 10 (on) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan EQ 22789489 saylı protokolun surətindən görünür ki, Şəxs Gülbala oğlu 05 avqust 2024-cü il tarixdə istifadəsində olan E407KY30 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxlamasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 avqust 2024-cü il tarixdə protokol tərtib edilərək, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan EQ 21322152 saylı protokolun surətindən görünür ki, Şəxs Gülbala oğlu 23 may 2024-cü il tarixdə istifadəsində olan E407KY30 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmasına görə barəsində Azərbaycan Respublikası DİN Cəlilabad rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 may 2024-cü il tarixdə protokol tərtib edilərək, 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Gülbala oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində çıxarılmış inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Cəlilabad rayon X1 X3 tərəfindən 11 dekabr 2024-cü il tarixdə İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı, İXP ******* saylı və İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Gülbala oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunduğu məbləği qanunla müəyyən olunan müddətdə ödəmədiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Şəxs Gülbala oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs Gülbala oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar