Məhkəmə qərarları › İş №3(073)-1301/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1301/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1301/2025 23.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN Cəlilabad rayon X12 Təhlükəsizlik Bölməsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Cəlilabad rayon Polis Şöbəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X6 şikayət verərək, həmin qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X11 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş həmin tarixli qərarı ilə o (şikayətçi), Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməklə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Buna səbəb isə onun Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində idarə etdiyi ekskavatorla qazıntı işləri apararaq 3,6 kub/m həcmində qarışıq süxuru “Zil-130” markalı yük yaşınına yükləməyi olmuşdur. Məhz bunun qanunsuz olduğunu sonradan bildiyi üçün cərimə edilmiş və həmin cərimə də tərəfindən xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərlə tam olaraq dövlət büdcəsinə ödənilmişdir. Lakin bundan sonra onun barəsində yenidən eyni hal üzrə Cəlilabad rayon X12 Təhlükəsizlik Bölməsinin xx.xx.2025-ci İL tarixli, MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmiş və həmin qərar əsasında da yenidən 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, Cəlilabad rayon X12 Təhlükəsizlik Bölməsinin adı qeyd edilən qaran qanunsuzdur, tamamilə əsassızdır və ləğv edilməlidir. Əvvəla qeyd edir ki, o, bir inzibati xəta törətmiş və bir inzibati xətaya görə cərimə ödədiyi və ikinci bir inzibati xəta törətmədiyi halda bir inzibati xətaya görə ikinci dəfə inzibati qaydada cərimə edilmişdir. Bu hal isə, yəni bir inzibati xətaya görə ikinci dəfə inzibati məsuliyyətə cəlb olunmağı tamamilə qanunsuzdur. Göründüyü kimi Cəlilabad rayon X12 Təhlükəsizlik Bölməsinin qərarı inzibati xətaya dair normalara tamamilə ziddir. İnzibati Xətaya dair qanunvericiliyin tələbləri gözlənilməmiş və pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə səxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətam törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Ona görə də hesab edir ki, barəsində tərtib edilmiş Cəlilabad rayon X12 Təhlükəsizlik Bölməsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cəlilabad rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş Cəlilabad rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan: - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 rayonu, Sabirabad kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində idarə etdiyi ekskvatorla qazıntı işləri apararaq 3,6 kub/m həcmində qarışıq süxuru “Zil-130” markalı yük maşınına yükləmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir; - Cəlilabad rayon X12 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində yerin təkindən istifadə ilə əlaqədar qum ehtiyatlarının əldə edilməsinə münasibətdə qaydaları pozmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - Cəlilabad rayon X12 Təhlükəsizlik Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, X3 Xəzinədarlıq Agentliyinə 600 (altı yüz) manat məbləğində cərimə ödənişi etmişdir. Məhkəmə Cəlilabad rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi məsələsinə qiymət verməyi zəruri hesab edərək belə qənaətə gəlir ki, həmin qərar qəbul edilərkən İXM-in tələbləri pozulmuşdur. İş materiallarından və şikayətçinin izahatından mübahisəsiz şəkildə müəyyən edilir ki, şəxs xx.xx.2025-ci il tarixdə özünə məxsus ekskavatorla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qazıntı işləri apararkən yerin təkindən istifadə qaydalarını pozmuş, bu hal ETSN 1 X11 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən aşkar edilmiş, akt tərtib edilmiş və həmin orqan tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında həmin orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat inzibati qaydada cərimə edilmiş və şəxs həmin cəriməni ödəmişdir. Sonradan eyni əmələ görə şəxs yenidən inzibati məsuliyyətə cəlb edilmiş və Cəlilabad RPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-in 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi “icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadəyə görə”, 243.0.1-ci maddəsi isə “yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə” inzibati məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, şəxs eyni əmələ, yəni yerin təkindən istifadə qaydasının pozulmasına görə iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Cəlilabad RPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolunda inzibati xəta kimi “yerin təkindən istifadə ilə əlaqədar qum ehtiyatlarının əldə edilməsinə münasibətdə qaydaların pozulması”, ETSN-nin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolunda isə “kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ekskavatorla qazıntı işləri apararma” göstərilmişdir. Göründüyü kimi, şəxsin əməli hər iki orqan tərəfindən eyni cür qiymətləndirilmişdir, lakin həmin orqanlar tərəfindən ayrı-ayrılıqda iki tənbeh vermə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməklə Cəlilabad RPŞ-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə olunmasına dair Cəlilabad RPŞ-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar