Məhkəmə qərarları › İş №3(073)-131/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-131/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-131/2023 07.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri A.AZərtürk küçəsi ev 07-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Səfərov X7 rayon məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(073)-94/2016 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-2419/2017 saylı və Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2029/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-994/2016 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X8, X1, X2 və X3 cəmi 3993.85 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Bundan başqa Cəlilabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-2419/2017 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X9 cəmi 11390.50 ABŞ dolları (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Bundan başqa Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2029/2021 saylı icra vərəqəsinə əsasən 21 dekabr 2010-cu il təvəllüdlü X10 və 07 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X13 verilməlidir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Cəlilabad rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədləri bir icraatda birləşdirilmişdir. Alimentin tutulması haqqında icra sənədi üzrə borclunun 2400 manat borcu qalmış və digər icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-994/2016 saylı icra vərəqəsinə əsasən cavabdehlər X8, X1, X2, X3 və ondan cəmi 3993.85 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Bundan başqa Cəlilabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-2419/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh X9 və ondan cəmi 11390.50 ABŞ dolları (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Bundan başqa Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2029/2021 saylı icra vərəqəsinə əsasən 21 dekabr 2010-cu il təvəllüdlü X10 və 07 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X13 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı ona bildiriş göndərilmişdir. Maddi imkanı olmadığından icra sənədlərini icra etməsi mümkün olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar