Məhkəmə qərarları › İş №3(073)-133/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-133/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-133/2023 15.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, inzibati xəta törətmiş şəxs X3 iştirakı ilə X5 – xx.xx.1979-ci ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 2(073)-4419/2016 saylı icra vərəqəsinə əsasən borclu X2 1802 ABŞ dollar borcun alınıb tələbkar "xxxx" BOKT MMC-yə verilməsi qət edilmişdir. Hazırda Cəlilabad rayon İcra və Probasiya şöbəsinə"xxxx" BOKT MMC-dən daxil olmuş 16 fevral 2023-cü il tarixli GN101 nömrəli məktubundan görünür ki, icra vərəqəsi üzrə borclu X1 rayon məhkəməsinin Cəlilabad rayon məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 2(073)- 4419/2016 saylı icra vərəqəsi üzrə tələbi tam təmin etmişdir. Ona görə də X3 barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X3 ifadəsində göstərdi ki, Cəlilabad rayon məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 2(073)-4419/2016 saylı icra vərəqəsinə əsasən borclu X2 1802 ABŞ dollar borcun alınıb tələbkar "xxxx" BOKT MMC-yə verilməsi qət edilmişdir. Hazırda o, Cəlilabad rayon məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 2(073)-4419/2016 saylı icra vərəqəsi üzrə tələbi tam təmin etmişdir. Ona görə də barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. "xxxx" BOKT MMC-nin Cəlilabad rayon İcra və Probasiya şöbəsinə 16 fevral 2023-cü il tarixli GN101 nömrəli məktubunda X3 Cəlilabad rayon məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 2(073)-4419/2016 saylı icra vərəqəsi üzrə tələbi tam təmin etdiyi üçün barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X3 barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında icra məmurunun, borclunun izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Cəlilabad rayon məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 2(073)-4419/2016 saylı icra vərəqəsinə əsasən borclu X2 1802 ABŞ dollar borcun alınıb tələbkar "xxxx" BOKT MMC-yə verilməsi qət edilmişdir. Hazırda tələbkar "xxxx" BOKT MMC-dən Cəlilabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş 16 fevral 2023-cü il tarixli GN101 nömrəli məktubundan görünür ki, X3 Cəlilabad rayon məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 2(073)-4419/2016 saylı icra vərəqəsi üzrə tələbi tam təmin etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında borclu X3 məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 528-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 07 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar