Məhkəmə qərarları › İş №3(073)-1363/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1363/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1363/2025 06.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, X1 iştirakı ilə, Cəlilabad RPŞ-nin X8 Bölməsinin xx.xx.2025-ci il tarixli EQ 30885226 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 RPŞ-nin X8 Bölməsinin xx.xx.2025-ci il tarixli EQ 30885226 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X6 həmin qərardan şikayət verərək, qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə X3 şəxsi istifadəsində olan telefonuna Cəlilabad rayonunun Qarazəncir kəndi yolunda quraşdırılmış müşahidə kamerası vasitəsilə İnzibati Xətalar məcəlləsinin 346.4-d maddəsinə əsasən inzibati xəta törətdiyi üçün 2 bal və 80 manat məbləğində inzibati cərimə növündə tənbeh cəzası verilməsi haqqında bildiriş gəlmişdir. Bildirişdə istifadəsində olan avtomobilinin yolun hərəkət hissəsinin kənarında ikinci zolaqda saxlandığı qeyd olunub. Halbuki həmin avtomobilini saxladığı yerdə nə asfalt örtüyü, nə də ki nişanlama xətti vardır. Çünki həmin yer bildirişdə də qeyd olunduğu kimi yolun hərəkət hissəsinə aid deyildir. Yol hərəkəti qaydaları yolun hərəkə hissəsində tətbiq olunur. Fotoda da görsənir ki, o, avtomobilini yoldan kənar və torpaq yolda saxlamışdır. Ona görə də hazırkı qərardan şikayət vermək qərarına gəlmiş və qeyd olunanların nəzərə alınaraq onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 30885226 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, fotoda görünən ərazidə avtomobili saxlayıb bankomatdan istifadə etmişdir. Əvvəllər də avtomobili orada saxlayıb, lakin cərimələnməyib. Habelə həmin yol kənd yoludur, asfalt örtüyü və ya hər hansı nişanlama yoxdur. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İşdə olan DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30885226 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Xətanın foto görüntüsündən müəyyən edilir ki, şikayətçi avtomobilini yolun ikinci cərgəsində saxlamışdır. Şikayətçinin həmin yerin yol hesab edilməli olmaması ilə bağlı şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” AR Qanununun 1-ci maddəsinin 7-ci bəndində “yolun hərəkət hissəsi”nin anlayışı verilərək müəyyən edilmişdir ki, yolun hərəkət hissəsi yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir. Xətanın fotosundan da aydın şəkildə görünür ki, şikayətçinin avtomobilinin sağ tərəfində parkalanma ərazisində avotomobillər saxlamışdır, həmin avtomobillərin isə həmin əraziyə şikayətçinin avtomobili saxladığı cərgədəki yoldan istifadə edərək hərəkət etməsi mübahisəsizdir, yəni şikayətçinin avtomobilinin dayandığı yer yolun hərəkət hissəsinin ikinci cərgəsidir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixli EQ 30885226 nömrəli inzibati təhbeh vermə haqında qərarın əsassız və ya qanunsuz olması müəyyən edilməmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1, 128-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Cəlilibad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar