Məhkəmə qərarları › İş №3(073)-1365/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1365/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1365/2025 20.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx xxxxx 1983-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, Müəyyən etdi: 20 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyun 2025-ci il tarixdə saat 17 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində qəsdən Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, iki aya yaxındır ki, Bakı şəhərinə yaşayır və orada işləyir. 08 iyun 2025-ci il tarixdə saat 17 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində Oba marketdə işləyən X4 işdən çıxma zaman ona yaxınlaşıb iki aydır uşağlarını görmür ona görə də üşağlarını görmək istədiyini bildirmiş, lakin Natavan Aslanova ona təhqir edərərk hay-küy salamağ başlamışdır. O, heç bir şəxsi döyməmiş, arvadı X4 onu görən kimi qışqırmış, o, arvadını sakitləşdirmək istəməsinə baxmayaraq sakitləşməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, əri Şəxsla bir neçə aydır ki, aralarında ailədaxili münaqişə səbəbindən hazırda ayrı yaşayıllar. Son 6-7 ay ərzində Elməddin onu əsasız olaraq narahat edir, güya azyaşlı uşaqlarını görmək üçün tez-tez onun yaşadığı evə gəlib narahatçılıqlar yaradır və onunla barışmayacağı halda hədələyir. O, əvvələr də buna oxşar müraciətlər etdiyinə görə Elməddin məsuliyyətə cəlb olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göytəpə şəhərində işlədiyi Oba marketdən çıxıb yaşadığı evə gedən zaman Göytəpə şəhərində Şəxs qəflətən üzərinə hücum edib onu döymüşdür. Elməddin təpik yumruqla onun sifət, kürək və bədəninin müxtəlif nahiyyələrinə vurarmuş, habelə saçından tutub yerə yıxaraq yerdə onu sürümüşdür. Bundan başqa Elməddin onun sinəsindən tutub küçədə olan daş hasara vurmuş, sifətinə sillə başına yumruq vurduğu üçün onda ağrılar yaranmışdır. Hadisə zamanı onların yanında heç kim olmamışdır. Ona görə də Şəxs barəsində inzibati qaydada həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. Şəxs əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 333 saylı rəyinin surətindən görünür ki, X1 bazu oynağı və sağ dirsək oynağı nahiyyəsində qançır müəyyən olunmuş, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X7 Bölməsinin 18 iyun 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 19 oktyabr 2025-ci il tarixdən, saat 18:50-dən hesablansın. Cərimənin icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar