Məhkəmə qərarları › İş №3(073)-1366/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1366/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1366/2025 20.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Cəlilabad RPŞ-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonunun Musalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Beyləqan rayonunun Yeni Mil qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 20 oktyabr 2025-ci il tarixdə X1 yaxınlığında ucadan nalayiq ifadələr işlətmiş və həmin vaxt onu nizam-intizama dəvət edən polisin işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sahə rəisi məhkəmə iclasında iştirak edərək protokolu müdafiə etmiş və şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, heç bir inzibati xəta hadisəsi törətmədiyini, heç bir polis əməkdaşına hörmətsizlik və tabesizlik etmədiyini göstərərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, gecə vaxtə sahədə əmisi oğluna məxsus çiyələk sahəsində çiyələkləri sulayarkən sahədə dayanmış “06” markalı avtomobildə əyləşən şəxslər maşınlarının nasaz olduğunu, akkumulyatorun işləmədiyini bildirərək ondan kömək istəmişlər. Həmin avtomobildəki şəxslərin polis əməkdaşı olmasını bilməmişdir. Bu zaman o, avtmobilini “06” ilə üz-üzə saxlamaq üçün yerindən tərpədərkən həmin polislər elə bilmişdilər ki, o qaçır, buna görə də qəfil ona yaxınlaşın avtomobildən düşürtmüşlər. Sonradan onun avtomobilinin yük yeri və s. yoxlanılmışdır, lakin bu zaman hər hansı tabesizlik göstərməmiş, hər hansı nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, gecə vaxtı ərazidə xidmətdə olarkən sahədə bir maşının işıqlarını yandırıb-söndürdüyünü, irəli-qabağa getdiyini müşahidə etdik. Sonradan həmin maşına yaxınlaşıb özümüzü təqdim etdikdən sonra şəxsdən maşından düşməsini, yük yerini açmasını tələb etdik. Bu zaman həmin şəxs bizə tabesizlik göstərdi, “Hacı Əhəd”in bacısı olduğunu, ona heç kimin heç nə edə bilməyəciyini bildirdi. Onu maşından tutub çəkdikdə isə o, təpiklə mənim ayağımdan zərbə vurdu. Daha sonra post patrul əməkdaşlarını çağırdıq və şəxsi polis şöbəsinə gətirdik. Məhkəmə iclasında iştirak edən şahid X6 iş üzrə digər şahidin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarında olan video görüntüləri əks etdirən 1 ədəd DVD diskdən görünür ki, polis əməkdaşı barəsində icraat aparılan şəxslə mübahisə edir, bu zaman polis əməkdaşı ona nəyə görə ona (polisə) təpik atdığını soruşur, habelə polis əməkdaşı bildirir ki, barəsində icraat aparılan şəxs özünün “Hacı Əhəd” adlı şəxsin bacısı oğlu olduğunu və buna görə də ona heç nə edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi sübuta yetirilir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzabit qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci ildə, saat 00:30-da tutulmuşdur. Buna görə də Şəxs həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il, saat 00:30-dan hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 20 oktyabr 2025-ci il tarixdən, saat 00:30-dan hesablansın. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar