Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1367/2025 04.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair X5 işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən 02 oktyabr 2025-ci il tarixli, EP ******* saylı protokol daxil olmuşdur. X5 02 oktyabr 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Cəlilabad rayonu, Kürdlər ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş mallar 94323391 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********4004 sorğu nömrəli, 09 sentyabr 2025-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Çin Xalq Respublikasından idxal edimiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyənnaməsi təqdim etməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vemişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 02 oktyabr 2025-ci il tarixli, EP ******* saylı protokolu əsasız olmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş mallar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyənnaməsi bilmədən təqdim etməmişdir. Məhkəmədən bunun nəzərə alınmasını xahiş etdi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resusuna baxış keçrilməsinə dair protokoldan görünür ki, Dalğa 94» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş mallar 94323391 nömrəli nəqliyyat vasitəsi ilə daxil mallar Azərbaycan Rerspublasının gömrük ərzisinə xx.xx.2025ci il tarixdə, saat 23:30-da daxil olduğu halda ölkə ərazisinə gətirilən mallara dair qısa idxal bəyənnaməsi gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçrilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətrilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyənnamsəi verilir. Qısa idxal bəyənnaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçrilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təstiq edilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin 21 may 2016-cı il tarixli 920 nömrəli fərmanın 2.2ci bəndinə əsasən qısa idxal bəyənnaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zərüri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhəddini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayonu, Kürdlər kəndində qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Dalğa 94» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş mallar 94323391 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********4004 sorğu nömrəli, 09 sentyabr 2025-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmiş və buna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən 02 oktyabr 2025-ci il tarixli, EP ******* saylı X5 protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1367/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1367/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver