Məhkəmə qərarları › İş №3(073)-1377/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1377/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1377/2025 21.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İcra məmuru X3, Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx.xx.1979-cu il tarixdə Cəlilabad rayonu Hacıcavad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Hacıcavad kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2-2(121)-13/2023 saylı icra vərəqəsinə əsasən, cavabdehlər Şəxs, X6, X7, X2, X1 xx.xx.2018-ci il tarixli, 020R********** saylı kredit razılaşması üzrə 4.705,58 manat əsas borc, 1.283,73 manat faiz borcu, 260 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 020R********** saylı kredit razılaşması üzrə 7.984,06 manat əsas borc, 2.083,36 manat faiz borcu, 370 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 020R********** saylı kredit razılaşması üzrə 17.252,85 manat əsas borc, 4.826,14 manat faiz borcu, 920 manat cərimə borcu və 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 40.085,72 (qırx min səksən beş manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; Cəlilabad Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(073)-1437/2023 saylı icra vərəqəsinə əsasən isə cavabdeh Şəxs 1013 manat əsas borc, 277.24 manatcərimə borcu olmaqla, cəmi 1290,24 manat borcun və 32 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədlərini icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Ruslan Mikayılov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e- 2-2(121)-13/2023 saylı icra vərəqəsinə əsasən, cavabdehlər Şəxs, X6, X7, X2, X1 ümumilikdə 40.085,72 (qırx min səksən beş manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; Cəlilabad Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(073)- 1437/2023 saylı icra vərəqəsinə əsasən isə cavabdeh Şəxs 1290,24 manat borcun və 32 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.Lakin borclu Şəxs icra sənədlərinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Ondan borcun ödənilməsi tələb edildikdə isə müxtəlif bəhanələrlə icra sənədlərinin icrasından yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2-2(121)-13/2023 saylı icra vərəqəsinə əsasən, o və digər cavabdehlər X6, X7, X2, X1, ümumilikdə 40.085,72 (qırx min səksən beş manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; Cəlilabad Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(073)-1437/2023 saylı icra vərəqəsinə əsasən isə ondan 1290,24 manat borcun və 32 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. O, tələbkar Zərərçəkmiş şəxs QSC-yə olan borcundan 1400 manat, "xxxx" MMC-ə olan borcundan isə 150 manat ödəmişdir. Hazırda heç bir yerdə işləmir, ona görə də icra vərəqəsi üzrə borcunu ödəyə bilməmişdir. Əgər vaxt verilərsə, aprel-may aylarında hər iki icra sənədləri üzrə borcunu ödəyəcəkdir.Əməlindən səmimi peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi X5 verdiyi izahatında göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2-2(121)- 13/2023 saylı icra vərəqəsinə əsasən, cavabdehlər Şəxs, X6, X7, X2, X1 xx.xx.2018-ci il tarixli, 020R********** saylı kredit razılaşması üzrə 4.705,58 manat əsas borc, 1.283,73 manat faiz borcu, 260 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 020R********** saylı kredit razılaşması üzrə 7.984,06 manat əsas borc, 2.083,36 manat faiz borcu, 370 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 020R********** saylı kredit razılaşması üzrə 17.252,85 manat əsas borc, 4.826,14 manat faiz borcu, 920 manat cərimə borcu və 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 40.085,72 (qırx min səksən beş manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra vərəqəsi üzrə borcunu vaxtında ödəməmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə borcunu ödəməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə işə digər zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, icra məmuru və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatları, Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2-2(121)-13/2023 saylı və Cəlilabad Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(073)-1437/2023 saylı icra vərəqələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respulikası İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 oktyabr 2025-ci il tarixdən, saat 15:20-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar