Məhkəmə qərarları › İş №3(073)-1379/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1379/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1379/2025 23.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.2000-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 23 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 23 oktyabr 2025-ci il tarixdə Cəlilabad rayonu, H.Əliyev prospektində Abdullayev Raminlə mübahisə edərək ucadan nalayiq ifadələr işlətmiş polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 23 oktyabr 2025-ci il tarixdə gecə saatlarında saat 04:20 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində oba marketin yaxınlığında tək başına spirtli içki qəbul etmiş 1 nəfər tanımadığı şəxs yanına gəlmiş salamlaşdığdan sonra bilmişdir ki o tanıdığı birinin atasıdır, o, sərxoş halda imiş özünü idarə edə bilmirmiş. O sərxoş olduğuna görə onun oğluna zəng vurmuş ki atası ilə danışsın oğlu ilə nə danışmaqları cox da eşitməmiş. Yanlarındakı polis əməkdalarını söydüyünü eşitmiş, o polis məkdaşlarına onun ağır sərxoş olduğunu demiş, o özü sərxoş olduğuna görə polis əməkdaşı ilə aqressiv danışmış və onlarla bir yerdə polis şöbəsinə getməyə etrza etmiş, onu bir necə nəfər polis şöbəsinə gətirmişlər. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 23 oktyabr 2025-ci il tarixdə saat saat 04:20 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman “Oba” marketin yaxınlığında yolun kənarında iki nəfər şəxsin bir-biri ilə mübahisə edərərk uca səslə nalayiq ifadələr işlətdiklərini görüb onlara yaxınlaşmışlar. Onlara yaxınlaşan zaman onlardan biri polisin ünvanına ucadan nalayiq ifadələr işlətdiyini eşitmişlər, onlara özlərini təqdim etdikdən sonra onları nizam-intizama dəvət edib, etdiklərin hərəkətlərin qanuna zidd olduğunu izah etsələr də həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabesizlik göstərərk Daha sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsindən ötürü Cəlilabad RPŞ-yə gətirmişdirlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar