Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1413/2025 12.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Günəşli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, Cəlilabad Günəşli kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 24 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2025-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi «VAZ 2107» markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Cəlilabad şəhəri, Cavadxan küçəsindən Qurtuluş prospekti istiqamətində öz yolu ilə saat 20 km sürətlə hərəkətdə olan zaman anidən idarə etdiyi avtomobilin qarşısına Cəlilabad şəhər sakini əvvəllər tanıdığı Zərərçəkmiş şəxs “Skuteri” idarə edərək çıxmış və avtomovilin ön hissəsi “Skuterə” dəyərək toqquşma baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, o, 08 oktyabr 2025-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi «VAZ 2107» markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Cəlilabad şəhəri, Cavadxan küçəsindən Qurtuluş prospekti istiqamətində öz yolu ilə saat 20 km sürətlə hərəkətdə olan zaman anidən idarə etdiyi avtomobilin qarşısına Cəlilabad şəhər sakini əvvəllər tanıdığı Zərərçəkmiş şəxs “Skuteri” idarə edərək çıxmış, avtomovilin ön hissəsi “Skuterə” dəymiş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, təcilli tibbi yardıma zəng etmişdir. Əməlindən səmimi peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxsnun ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxsnun əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxsnun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan cinayət təqibi üzrə icraata xitam verilməsi barədə 16 oktyabr 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs oğlunun barəsində toplanmış materiallarda cinayət təqibi üzrə icraata xitam verilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxsnun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1413/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1413/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver