Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-144/2025 06.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1974-cü il tarixdə Cəlilabad rayonu, Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 04 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 04 fevral 2025-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin inzibitai binasının qarşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 04 fevral 2025-ci il tarixdə özünə məxsus “VAZ 2107” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün Cəlilabad rayonu X5 Yol Polis əməkdaşları tərəfindən saxlanılmışdır. İdarə etdiyi maşın Yol Polis əməkdaşları tərəfindən Cəlilabad rayon Polis Şöbəsinin avotomobil duracağına gətirilmişdir. O, isə həmin vaxt Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan səs-küy yaradaraq nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları onu sakitləşdirməyə çalışmış, lakin o əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Əsəbi olduğu üçün həmin əməli etmişdir. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin DYPB-nin YPXnin inspektoru, polis baş serjantı X3 izahatında göstərdi ki, o, 04 fevral 2025-ci il tarixdə, saat 21:30 radələrində YPX-nin inspektoru, polis baş serjantı Tacəddin Əzizov ilə birlikdə xidmətdə olarkən Cəlilabad şəhəri, Cavadxan küçəsi ilə hərəkətdə olan “VAZ 2107” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşına taksi fəaliyyəti ilə bağlı saxla işarəsi vermişlər. Sürücü avtomobili saxladıqdan sonra onlar Şəxs yaxınlaşmış, özlərini təqdim etmiş və sənədlərini təqdim etməsini demişlər. Bu zaman onlara məlum olmuşdur ki, sürücü Şəxs sürücülür vəsiqəsi yoxdur və avtomaşını sürücülük vəsiqəsi olmadan idarə edir. Onlar Şəxs avtomobili ilə birlikdə Cəlilabad rayon Polis Şöbəsinə gətirmişlər. Orada Şəxs barəsində inzibati protokol tərtib edildiyini bildirmişlər. Bu zaman Şahbazov X2 rayon Polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətməyə və onlara hədə-qorxu gəlməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etmişlər, lakin Şəxs polisin qanuni tələblərinə qəsdən tabesizlik edərək, həmin əməllərinə davam etmişdir. Daha sonra onlar Şəxs növbətçi hissəyə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin DYPB-nin YPXnin inspektoru, polis baş serjantı X1 izahatında göstərdi ki, o, o, 04 fevral 2025-ci il tarixdə, saat 21:30 radələrində YPX-nin inspektoru, polis baş serjantı Tacəddin Əzizov ilə birlikdə xidmətdə olarkən Cəlilabad şəhəri, Cavadxan küçəsi ilə hərəkətdə olan “VAZ 2107” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşına taksi fəaliyyəti ilə bağlı saxla işarəsi vermişlər. Sürücü avtomobili saxladıqdan sonra onlar Şəxs yaxınlaşmış, özlərini təqdim etmiş və sənədlərini təqdim etməsini demişlər. Bu zaman onlara məlum olmuşdur ki, sürücü Şəxs sürücülür vəsiqəsi yoxdur və avtomaşını sürücülük vəsiqəsi olmadan idarə edir. Onlar Şəxs avtomobili ilə birlikdə Cəlilabad rayon Polis Şöbəsinə gətirmişlər. Orada Şəxs barəsində inzibati protokol tərtib edildiyini bildirmişlər. Bu zaman Şahbazov X2 rayon Polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətməyə və onlara hədə-qorxu gəlməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etmişlər, lakin Şəxs polisin qanuni tələblərinə qəsdən tabesizlik edərək, həmin əməllərinə davam etmişdir. Daha sonra onlar Şəxs növbətçi hissəyə gətirərək təhvil vermişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-144/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-144/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver