Məhkəmə qərarları › İş №3(073)-148/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-148/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-148/2025 07.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon X2 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 07 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Ə.Xanışov küçəsindəki evdə həyat yoldaşı Zərərçəkmiş şəxs vuraraq sağ əlin ikinci barmağında sıyrıqla nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, arvadı Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə qurmuşlar, birgə nigahlarından üç övladları vadır. Zərərçəkmiş şəxs ilə evli olmalarına baxmayaraq, qonşuluqda ayrı-ayrı evlərdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində yaşadığı evə getmək üçün arvadı Natəvanın kirayə yaşadığı evin küçəsindən keçən zaman Zərərçəkmiş şəxs qohumu Kənan Hüseynov ona yaxınlaşıb “səninlə həyətdə beş dəqiqəlik işim var” sözünü demişdir. Lakin o, həyətə girmək istəməmiş, Kənan Hüseynov onu məcbur qolundan tutaraq həyətə salmışdır. Arvadı Zərərçəkmiş şəxs, anası Firuzə Həsənovanın və digər qohumları Turanə və Kəmalənin həyətdə dayandıqlarını görmüşdür. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı arvadı Natəvan və qohumları onun üzərinə hücum çəkmişdir. O isə onlara qarşılıq verməmiş, habelə Natəvanı döyməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ilə 2008-ci ildə ailə qurmuşlar, birgə nikahlarından üç övladları vardır. Lakin aralarında münasibət pozulduğu üçün hazırda ayrı yaşayırlar və Elməddinlə boşanma ərəfəsindədir. Şəxs spirtli içki audəçisidir, mütəmadi olaraq spirtli içki qəbul edib onun yaşadığı evə gəlir və onu təhqir edərək hədələyir. xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Elməddin spirtli içkinin təsiri altında onun yaşadığı evə gəlib səbəbsiz yerə mübahisə yaratmış və əlində olan küt əşya ilə onu vuran zaman sağ əlinin iki barmağından xəsarət almış, baş barmağı çıxmış, digər barmaqları isə kəsilmişdir. Hava qaranlıq olduğu üçün Elməddinin onu hansı alətlə vurmasını görməmişdir. Sonda isə Şəxs yalan izahat verdiyini və onun qohumları anası Firuzənin, Kənanın, Kəmalənin və Turanənin Elməddini döymədiklərini bildirdi. Ona görə də Şəxs barəsində inzibati qaydada həbslə bağlı qərar qəbul edilməsini xahiş etdi. Şəxs əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 20 yanvar 2025-ci il tarixli, 62 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin ikinci barmağında sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon X2 Polis Bölməsinin ərazi üzrə polis sahə rəisinə göndərilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli 07 fevral 2025-ci il tarixdən, saat 12:45-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar