Məhkəmə qərarları › İş №3(073)-1485/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1485/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1485/2025 03.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndəsi X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx xxxxxxx 1984-cü ildə Cəlilabad rayonu, Ləkin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə X11 materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya haqqında protokol daxil olmuşdur. 03 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli X11 protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1934/2025 saylı qərarına əsasən Şəxs 40.27,19 manat məbləğində kredit borcu və 60,28 manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs1 QSC-yə verilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1934/2025 saylı qərarına əsasən Şəxs 40.27,19 manat məbləğində kredit borcu və 60,28 manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs1 QSC-yə və Şirvan Kommersiya Məhkəməsinin 30.102024-cü il tarixli, e-2-2(121)-2486/2024 saylı qərarına əsasən Şəxs 14675,71 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 ASC-yə verilməlidir. Hazırda borclunun tələbkar Kapital Bank ASC-yə cəmi 43 manat ödəniş etmiş, digər tələbkar Accessbank QSC-yə isə 1410.26 manat ödəniş etmişdir. İcra vərəqələri üzrə borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1934/2025 saylı qərarına əsasən ondan 40.27,19 manat məbləğində kredit borcu və 60,28 manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs1 QSC-yə və Şirvan Kommersiya Məhkəməsinin 30.102024-cü il tarixli, e-2-2(121)-2486/2024 saylı qərarına əsasən ondan 14675,71 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 ASC-yə verilməlidir. Hazırda o, tələbkar Kapital Bank ASC-yə cəmi 43 manat ödəniş etmiş, digər tələbkar Accessbank QSC-yə isə 1410.26 manat ödəniş etmişdir. Hal-hazırda maddi problemləri olduğuna görə borclarını ödəməyə imkanı yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndəsi X8 izahatında göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(121)-1934/2025 saylı qərarına əsasən Şəxs 40.27,19 manat məbləğində kredit borcu və 60,28 manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs1 QSC-yə verilməlidir. Hazırda borclu Accessbank QSC-yə olan borcundan 1410.26 manat ödəniş etmiş, qalan borcu ödəməkdən qəsdən yayınmışdır. Ona görə də Şəxs barəsində olan X11 işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, cavabdehin nümayəndəsini və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnamələri üzrə borlarını ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləğləri ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş X5 Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 03 noyabr 2025-ci tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar