Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-149/2025 27.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, X1 iştirakı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-107/2024 saylı qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Qərardan inzibati orqan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-32/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı şikayətə münasibətdə ləğv olunmuş, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviriəsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Həmin Qərarda sadalanan hallar mərhum işçi K. Şükürovanın oğlu İbrahim Şükürovun və ya digər ailə üzvlərinin şahid qismində izahatlarının alınması, eləcə də müəssisədə istehsal olunmuş məhsulların K. Şükürova tərəfindən satıldığı şəxslərin dairəsinin müəyyənləşdirilərək dindirilmələri, həmçinin istehsal müəssisəsi olan "xxxx" MMC-nin yerləşdiyi inzibati binada quraşdırılmış kamera görüntülərinin əldə edilərək tədqiq olunması olmuşdur. İş üzrə daha əvvəl keçirilmiş və şikayətin təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsi ilə nəticələnən məhkəmə icraatında şikayət vermiş şəxs, şahidlər və inzibati orqanın nümayəndəsinin izahatları alınmışdır, məhkəmə həmin hallarla bağlı təkrar mahiyyəti üzrə araşdırma aparılmasının zəruri olmadığı qənaətinə gəlmişdir. Şahidlərin təkrar izahatlarının alınmasına zərurətin olmaması ilə bağlı inzibati orqanın nümayəndəsi də məhkəməyə fikrini bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şikayət vermiş şəxs X9 məhkəməyə təkrar verdiyi izahatında mərhum işçi K. Şükürova ilə əmək münasibətində olmadığını, onunla 2022-ci il ərzində əmək müqaviləsi bağlanıldığını və həmin il xitam verildiyini, sonrakı müddətlərdə mərhum işçinin arabir müəssisəyə gəldiyini, hazır qablaşdırılmış malları alaraq digər şəxslərə satdığını, beləcə dolanışıq xərclərini ödədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, müəssisədə yerləşən kameralar 2022-ci ilə aid görüntüləri yadda saxlamaq gücündə deyil, həmin dövrə aid görüntülər avtomatik qaydada silinmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə şahid kimi izahatı alınmış mərhum işçi K. Şükürovanın oğlu İbrahim Şükürov bildirmişdir ki, anası adıçəkilən müəssisədə dərzi kimi işləmişdir, lakin sonradan işdən çıxmışdır. İşdən çıxdıqdan sonra arada bir ora gedərək hazır məhsulları götürüb tanışlarına satırdı. Həmin şəxslərin dəqiq dairəsini deyə bilmir, amma onlardan biri də onun xalası – mərhum işçinin bacısı olmuşdur. İclasda inzibati orqanın nümayəndəsinin şahidə nəyə görə Milli Məclisə, Əmək Müfəttişliyinə şikayətlər etməsi, həmin şikayətlərdə nəyə görə anasının qeyri-qanuni əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı halları göstərməsi ilə bağlı sualına şahid İ. Şükürov bunun onun əsəbi olmasından, anasının ölümündən şok keçirməsi halından irəli gəldiyini bildirmişdir. Göstərmişdir ki, anasının qəfil ölümü onu sarsıtmışdır, anasının ölən zaman müəssisənin işçiləri ilə birgə istirahətə getdiyini, buna görə də anasının da həmin müəssisədə qeyriqanuni əmək fəaliyyətinə cəlb edilməsi ehtimalına gəldiyini bildirmişdir. Hazırda hər hansı şikayət və ya tələbi yoxdur, etdiyi şikayətlərin geri götürülməsini istəyir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında izahatı alınmış şahid X12 bildirmişdir ki, mərhum K. Şükürova onun bacısı idi. 2022-ci il ərzində "xxxx" MMC-də dərzi işləmişdir və həmin il də öz xahişi ilə işdən çıxmışdır. Sonradan müəssisə rəhbərliyi ilə əlaqələri yaxşı olduğuna görə arada bir müəssisəyə getmiş və hazır məhsulları götürərək tanışlarına satmışdır. Əsas alıcılardan biri də o özü (şahid F. İbayeva) olmuşdur. Mərhumun oğlu, özünün bacısı oğlu İ. Şükürovun şikayəti ilə bağlı göstərmişdir ki, İ. Şükürov həqiqətən də anası vəfat etdiyi ərəfədə ciddi sarsıntı keçirmiş, çox adamı günahkar bilmişdir, etmiş olduğu şikayətlər də həmin dövrə təsadüf edir. Hazırda bacısının işləmiş olduğu müəssisəyə qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında inzibati orqanın nümayəndəsi Nümayəndə2 tərəfindən video disk təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş həmin diskdəki görüntü ilə müəyyən olunur ki, mərhum K. Şükürova müəssisənin daxilindədir, digər dərzilərlə və ya müəssisənin digər işçiləri ilə ünsiyyətdədir, həmçinin çoxlu sayda parça məmulatları görünür. Həmin görüntüdə mərhumun sırf əmək funksiyası kimi məhsulları qablaşdırması və ya digər əmək funksiyasını icra etməsi müəyyən edilməmişdir. Məhkəmə, daha əvvəl də müəyyən edilmiş və hazırki iclasda təkrar tədqiq edilməsinə zərurət olmayan şahid ifadələri və işin hallarını nəzərə alaraq hesab edir ki, X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, inzibati orqan tərəfindən həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli olacaq birbaşa sübut təqdim edilməmişdir. İnzibati orqan, əsasən, mərhumun oğlunun müxtəlif orqanlara şikayət etməsini əsas götürmüş, həmçinin təqdim etdiyi video diskdəki görünütlərə istinad etmişdir ki, məhkəmə hesab edir ki, həmin hallar şəxsin inzibati xəta törətməsi ilə bağlı yalnız şübhələr yaratmışdır və həmin hallar şəxsin konkret inzibati xətanı törətməkdə təqsirli bilinməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativ olaraq araşdırılmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, "xxxx" MMC ilə X10 arasında bağlanmış əmək müqaviləsi əsasında X10 xx.xx.2022-ci il tarixdə "xxxx" MMCdə dərzi kimi işə götürülmüş və onunla bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra X10 arabir "xxxx" MMC-nə gələrək orada istehsal olunan hazır məhsullardan alıb digər şəxslərə satmaqla məşğul olmuşdur. Bu hal iş üzrə dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur. Yəni, "xxxx" MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7 işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa X11 Xidmətinin X2 nümayəndəsi tərəfindən də X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir, beləliklə də inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddətdə şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qərar qanuni qüvvəyə minəcəkdir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-149/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-149/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver