Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-151/2024 20.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1959-cu ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 19 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 yanvar 2024-cü il tarixdə, Cəlilabad şəhəri, H.Əliyev prospektində xx.xx.20217-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, 2016-cı ildə ögey qızı X1 Aydın Vəkil oğlu ilə ailə həyatı qurmuş, lakin aralarında münaqişə olduğu üçün 2021-ci il tarxdə onlar ayrılmışlar. Qızı Gülnarın 6 yaşında Əli adında oğlu var. Əlinin nənəsi, yəni onun qudası xx.xx.2024-cü ildə Əlini Cəlilabad RPŞ-yə aparıb şikayət etmişdir ki, güya o, Əlini vuraraq alnın nahiyəsinə xəsarət yetirmiş və polis şöbəsində nənəsinin yanında izahat vermiş, təhqiqatın qərarında Əlinin onun tərəfindən döyüldüyü qərarına gəlmişdir. Amma əslində Əli məktəbin həyətində oynayarkən yıxılmış və alnı yerə dəyib şişmişdir. O, nəvəsi, yəni ögey qızı Qanuni nümayəndə oğlu Zərərçəkmiş şəxs döyməmiş, onlar yalan və böhtan xarakteril məlumat vermişlər. Zərərçəkmiş şəxs onun nəvəsidir. Zərərçəkmiş şəxs alnındakı xəsarət məktəbdə qacarkən yıxılması nəticəsində olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi anası Qanuni nümayəndə iştrakı ilə verdiyi izahatında göstərdi ki, Cəlilabad şəhəri, X9 adına 4 nömrəli tam orta məktəbin 1-ci sinfində oxuyur. O, babası Mehtini çox istəyir. Onun alnındakı xəsarət məktəbdə qacarkən yıxılması nəticəsində olmuşdur. Onu babası Mehti vürmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nənəsi X2 verdiyi izahatında göstərdi ki, 2016-cı ildə oğlu Aydın İsmayılov ilə X5 ailə həyatı qurmuşlar və birgə nikahlarından 2 övladları vardır. O, özü Cəlilabad şəhəri, X9 adına 4 nömrəli tam orta məktəbinin ibtidai sinif müəlliməsi işləyir. xx.xx.2024-cü tarixdə o Əlinin alnında xəsarət görərək nə olduğunu soruşmuş. Əli yaşadığı evin həyətində babası Nurəddin onun alın nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini demişdir. O da Əli ilə birlikdə Cəlilabad RPŞ-yə gələrək şikayət etmişdir. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 49 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs alının son yarısında şişkinlik və sıyrıq müəyyən müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Cəlilabad rayon X6 Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilərək, barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün material üzrə qəbul edilmiş qərarın surəti Cəlilabad rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-151/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-151/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver