Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-152/2025 10.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X2” X5 böyük mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 05 yanvar 2025-ci il tarixdə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, zərərçəkmiş şəxsi döyməmiş, onunla sadəcə sözlü mübahisə etmişdir. Xəsarətlə bağlı ekspert rəyinin həqiqiliyi şübhə doğurur, həmin rəyi saxta hesab edir. Münaqişələri isə arvadının işləmək istəməsinə görə olmuşdur. Arvadının işləməsini istəməsə də və buna zərurət də olmasa da arvadı işləmək niyyətində olduğunu bildirmişdir, buna görə aralarında münaqişə yaranmışdır, lakin arvadını vurmamışdır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında Şəxs tərəfindən dəfələrlə döyüldüyünü, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Bildirmişdir ki, uzun müddətdir onun tərəfindən şiddətə məruz qalır, lakin ailənin qorunub saxlanması üçün hər zaman susmuşdur, hazırda isə əri ilə barışmaq istəmir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qızı Zərərçəkmiş şəxs ona ağlayaraq zəng edib əri tərəfindən döyüldüyünü bildirmişdir. O da həmin gün qızını götürməyə getmişdir. Həmin evə gələrkən qızının koridorda ağlaya-ağlaya çölə çıxdığını görmüşdür. Hadisənin necə baş verməsini görməmişdir. Lakin Şəxs onu da təhqir etmişdir, rayonda hörmətinin və nüfuzunun olmadığını bildirmişdir. İşdə olan “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 52 saylı rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sağ göz yuvası ətrafında və sol said nahiyəsində qançırlar müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə ailə-məişət mübahisəsi olmuşdur. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını işin digər hallarına istinad etməklə özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir, lakin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dövlət qulluqçusu olmasını nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, mübahisənin faktiki ailə münasibətlərindən irəli gəldiyini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd olunan əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə cəzasının nisbətən yuxarı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-152/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-152/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver