Məhkəmə qərarları › İş №3(073)-153/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-153/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-153/2024 19.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlunun icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2024-cü ildə, saat 23:50 radələrində Şəxs özünə məxsus «Mercedes Benz C230» markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edərək idarə etmişdir. Həmçinin Cəlilabad rayon Məhkəməsinin hakimi X1 icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2024-cü ildə tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində idarə etdiyi avtomobillə manevr hərəkətləri edərək qayda pozuntusu etmiş və ona saxla işarəsi verən YPX əməkdaşının qanuni tələblərini qəsdən tabe olmamışdır. Qeyd olunaanlara əsasən məhkəmə hesab edir ki, hazırda icraatda olan 3(073)- 152/2024 saylı iş Cəlilabad rayon Məhkəməsinin hakimi X3 icraatında olan 3(073)- 152/2024 saylı işlə birləşdirilməli və baxılması üçün hakim X2 verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109-ci maddələrini rəhbər tutaraq... Qərara aldı: Cəlilabad rayon məhkəməsinin icraatında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3-(073)-153/2024 saylı inzibati xətaya dair iş icraatda olan 3(073)-152/2024 saylı inzibati xətaya dair işlə birləşdirilsin və baxılması üçün hakim X2 verilsin. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar