Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-153/2025 10.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1995-ci ildə Cəlilabad rayonu Günəşli kəndində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 10 fevral 2025-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə yaranmış, sonuncu Zərərçəkmiş şəxs döyətək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirdi ki, onun Zərərçəkmiş şəxs ilə heç bir düşmənşiliyi və ədavəti yoxdur, Aygün onun anası Şükufə Məmmədova və tanışı Aynur Şaminasiva barəsində tik-tok sosial şəbəkəsində nalayiq ifadələr işlətdiyi üçün onlar birlikdə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs Ocaqlı kəndi ərazisində işlədiyi Palma kafesinə getmişlər, orada Aygün onları qarşılamış, onlar otaqda əyləşmişlər, həmin vatı təhqir olunmalarının səbəbini soruşanda Aygün onları təhqir etmədiyini demiş, o Aygünün tik-tok sosial şəbəkəsində olan hesabına baxmaq üçün telefonu ona verməsini xahiş etmiş, Aygün telefonu ona verdikdən sonra onu təhqir etmiş və onun tanışı Aynurun üzərinə qənd qabını atmışı, Aynur isə kənara çəkilmiş, Aygün onu yenidən təhqir etdiyi üçün o stolun üstündən götürüb atdığı qənd qabı Aygünün boyun nahiyyəsinə dəymiş, kafenin işçiləri onları saktləşdirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar əbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, o Ocaqlı kəndi ərazisində olan tanışı X1 məxsus kafedə ona kömək edir. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində tanıdığı Şükufə Məmmədova, Şəxs və Aynur Şanimasova kafeyə gələrərk otağda daxil olmuşlar. Həmin vaxt Bətişən onun mobil telefonuna baxmaq istədiyi üçün telefonu ona vermişdir. Bəxtişən telefona baxdıqdan sonra tik-tok sosial şəbəkəsində onları təhqir etməsini deyəndə o təhqir etmədiyini bildirmiş, bundan sonra Bəxtişən və onun yanında olan şəxslər onu təhqir etmişlər, həmin vaxtı Bəxtişən stolun üstündə olan qəndqabını götürərək onun üzərinə atmış, həmin qəndqabı onun boğaz nahiyyəsinə dəymişdir. Ona görə də Şəxsnun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli, 29 saylı rəyinin surətindən görünür ki, 2001-ci il təvvəlüdlü Zərərçəkmiş şəxs başın sol təpə nahiyyəsində əzilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X2 Bölməsinin 24 yanvar 20255-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxsnun törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Şəxsnun inzibati xəta törətməsi sübut olununr və onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsnun barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-153/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-153/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver