Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-1546/2025 17.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Bakı şəhər DYPİ Müşayət–Eskort Bölüyü PYX baş inspektor polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 Bakı şəhər DYPİ Müşayiət–Eskort Bölüyü YPX baş inspektoru polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, şikayətçi müvafiq inzibati xətanı Bakı şəhəri Xəzər Rayonunun ərazisində törətmişdir. İnzibati xəta əməli xüsusi texniki vasitələrin köməyi ilə deyil, DYP əməkdaşı tərəfindən bilavasitə aşkar edilmiş və müvafiq qərar qəbul edilmişdir. Habelə şikayətçi X2 şikayət ərizəsinə işə Cəlilabad Rayon Məhkəməsində baxılması barədə vəsatət əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ Müşayiət–Eskort Bölüyü YPX baş inspektoru polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-1546/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-1546/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver