Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1547/2025 20.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 Saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi X2 iştarkı ilə, Fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair A Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 Saylı Lənkəran-Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 29 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 29 oktyabr 2025-ci il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən su təsərrufatı qurğularının və avadanlıqlarının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsi aşkar edilmişdir. Bununla da Fiziki şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 Saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 Saylı Lənkəran-Astara Regional bölməsinin 27 oktyabr 2025-ci il tarixli, 33 saylı sərəncamına əsasən Cəlilabad rayonunun ərazisində yerləşən su obyektlərində və su təsərrüfatı obyektlərində monitorinq nəzarəti tədbirirləri həyata keçirilən zaman Cəlilabad şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən un dəyirmanında əmələ gələn çırkab suların mərkəzi kanalizasıya sisteminə qoşulması müşahidə olunmuş, un dəyirmanını işlədən şəxs özünü ünvan 1 ünvanda yaşayan Şəxs kimi təqdim etmişdir. Şəxs yazılı izahat verərək bildirmişdir ki, un dəyirmanı 2003-cü ildən fəaliyyət göstərir, əvvəlki illərdə dəyirmanda əmələ gələn çirkab suları dəyirmanın ərazisində kusdar üsulla hazırlanmış şanboya axıdılıb. 2012-2013-cü illərdə mərkəzi kanalizasiya xəttinə qoşulub. Dəyirmanın yaxınlığında kanalizasiya quyusuna baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs tərəfindən su təsərrüfatı quyusu zədələnərək, quyuların istismar qaydalarına riayət etmədən heç bir icazə səndədi olmadan mərkəzi kanalizasiya sisteminə qoşulmuşdur. Ona görə də Şəxs barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədən qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan 29 oktyabr 2025-ci il tarixli, 1074 saylı aktın surətindən görünür ki, 29 avqust 2025-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 5 Saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən Cəlilabad şəhəri, Cəlilabad şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən su təsərrufatı qurğularının və avadanlıqlarının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının İXM-in 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və hüquqi şəxs olmasını nəzərə alaraq Azərbaycan Respublikasının İXM-in 264.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1547/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1547/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver