Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-156/2025 11.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Cəlilabad rayonunun Maşlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Maşlıq kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Nadirov X2 Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(073)-689/2024 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(073)-689/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3400 manat pul və 54 manat dövlət rüsumu alınıb iddiaçı X5 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcu icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-689/2024 saylı icra vərəqəsinə əsasən ondan 3400 manat pul və 54 manat dövlət rüsumu alınıb iddiaçı X5 verilməlidir. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Bununla belə, barəsində inzibati xəta haqqında protkol tərtib edildikdən sonra icra sənədi üzrə borcundan xx.xx.2024-cü il tarixdə 300 (üç yüz) manat ödəniş edə bilmişdir. Tələbkarla öz aralarında razılığa gəlmişlər. Qalan borcunu isə 2025-ci ilin may-iyun ayları ərzində ödəyəcəkdir. O, heç vaxt ödənişdən və ya icra məmurunun göstərişlərindən yayınmamışdır. Mövsümdə kartof məhsulu əkib borcunu qaytarmaq niyyətində idi, lakin məhsullar xarab olmuşdur və gəlir əldə etməmişdir. Bu barədə icra məmuruna və tələbkara da məlumat vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-689/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3400 manat pul və 54 manat dövlət rüsumu alınıb ona verilməlidir. xx.xx.2025-ci il tarixdə borclu tərəfindən icra sənədi üzrə 300 manat pul ödənilmiş, həmin məbləği qəbul etmişdir. Borclu ilə aralarında qalıq borc ilə bağlı razılığa gəlmişlər. Niyyəti sadəcə pulun ona qaytarılmasıdır, Elsevər ilə hər hansı ədavəti yoxdur, münasibətləri qənaətbəxşdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-689/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3400 manat pul və 54 manat dövlət rüsumu alınıb iddiaçı X5 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borclu 11 fevral 2025-ci il tarixdə icra sənədi üzrə borcundan 300 (üç yüz) manat ödəmişdir. İşdə olan tələbkar X3 ərizəsindən görünür ki, icra sənədi üzrə qalıq borcla bağlı borclu ilə aralarında razılığa gəldiklərini göstərmişdir. Göründüyü kimi, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, iş məhkəmənin icraatında olduğu müddətdə borcundan 300 (üç yüz) manat ödəniş etmişdir. Tələbkarın da verdiyi izahatla və yazılı ərizə ilə müəyyən edilmişdir ki, borcla bağlı aralarında razılıq əldə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir, yəni onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 11 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-156/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-156/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver