Məhkəmə qərarları › İş №3(073)-1585/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1585/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1585/2025 27.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cı il tarixində Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 18 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən X3 icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, X3 bu gün borcdan 4.560 manat məbləğində ödəniş etmiş, ödənilməmiş borc 15.240 manat təşkil edir. Zərərçəkmiş şəxs X10 ilə danışılmış, o, qalıq borcun hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru barəsində inzibati qaydada icraat aparılan şəxsin uzun müddət işləmədiyini və adına hər hansı əmlakın aşkar edilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 öz izahatında göstərmişdir ki, o, uzun müddət işləməmiş və borcu tam ödəməyə maddi imkanı yoxdur. O, bu gün icra vərəqəsi üzrə qalıq borcdan 4.560 manat ödəniş etmiş, qalan 15.240 manat pulun isə 1 ay və ya 1 ay yarım müddətində ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(106)-1976/2024 saylı icra vərəqəsindən görünür ki, X1 19.800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160 manat məbləğində pul vəsaitinin alınaraq X8 ödənilməsi qət edilmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 24 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1109/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1109/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 2700 manat məbləğində yaranmış aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək maddi vəziyyətinin yaxşı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilmədiyini icra sənədinin icrasından qərəzli boyun qaçırmadığını bildirmişdir. Bundan başqa o bildirmişdir ki, hal-hazırda borcundan 500 manat ödəniş etmişdir, həmin ödəniş qəbzlərini də məhkəməyə təqdim etmişdir. Son olaraq barəsində inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi şəkildə məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinə ərizə təqdim edərək, Şəxs 2023-cü il üçün 2100 manat, 2025-ci il üçün 600 manat olmaqla, ümumilikdə 2700 manat borcunun olduğunu bildirmişdir. Hazırda Şəxs borcdan müəyyən məbləğ ödəniş etdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1109/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 19 aprel 2023-cü il tarixdən başlayaraq, 15 sentyabr 2009-cu il təvəllüdlü X7 və 02 mart 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir; - xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır; - xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, bildiriş borclu Şəxs təqdim edilərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1109/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır; -Ödəniş qəbzlərindən görünür ki, Şəxs zərərçəkmiş şəxsə 500 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə ödəməsi, qalıq borcunun qalması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs müəyyən səbəblərə görə icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq borcun müəyyən hissəsini ödəyərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borcun 500 manat hissəsini ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar