Məhkəmə qərarları › İş №3(073)-1590/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1590/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1590/2025 19.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Cəlilabad Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1962-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad kənd orta məktəbində müəllim həmkarı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Cəlilabad Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 bildirmişdir ki, barəsində icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayon Sabirabad kənd 1 saylı tam orta məktəbin müəllimlər otağında mübahisə zamanı müəllim həmkarı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, məktəbdə pedoqoji iclas zamanı Zərərçəkmiş şəxs ilə mübahisəsi yaranmış, sonuncu ona qarşı təhqiramiz ifadələr işlədərək, çantasını onun üzərinə atmışdır. O isə Zərərçəkmiş şəxs qarşı heç bir fiziki təsir göstərməmiş, əsəbi olduğu üçün onun anasına qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında özünü təqsirli bilmədiyini bildirmişdir. O göstərmişdir ki, məktəbdə keçirilən pedaqoji iclas zamanı Zərərçəkmiş şəxs ilə arasında yaranmış fikir ayrılığı mübahisəyə səbəb olmuş, mübahisə isə getdikcə daha da kəskinləşmişdir. Onun ifadəsinə görə, həmin vaxt Zərərçəkmiş şəxs emosional şəkildə ona qarşı təhqiramiz ifadələr işlətmiş, aqressiv davranış nümayiş etdirərək əlindəki çantanı onun üzərinə atmışdır. Şəxs baş verənlərə baxmayaraq, Zərərçəkmiş şəxs qarşı hər hansı fiziki təsir göstərməmiş, yalnız əsəbi olduğu üçün Zərərçəkmiş şəxs anasına qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, hadisə məktəbdə keçirilən pedaqoji iclas zamanı baş vermişdir. O bildirmişdir ki, dərs saatlarının bölgüsü ilə bağlı müzakirələr aparılarkən Şəxs emosional gərginlik göstərmiş, mübahisə zamanı onun anasına qarşı nalayiq ifadələr işlətmişdir. Zərərçəkmişin sözlərinə görə, bundan sonra Şəxs ona doğru hücum edərək fiziki təsir göstərmiş, nəticədə onun saçından tutaraq üz nahiyəsinə xəsarətlər yetirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs baş verən hadisə nəticəsində həm fiziki, həm də psixoloji təsirlərə məruz qaldığını izahatında qeyd etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, məktəbdə pedaqoji iclas zamanı Şəxs Şəfiqə müəlliməni, yəni Zərərçəkmiş şəxs anasını təhqir etmiş, bundan sonra onlar arasında mübahisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Cəlilabad rayon Sabirabad kənd 1 saylı tam orta məktəbində müəllim işləyir. Pedaqoji iclas zamanı müəllimlərlə tədbirlərin təşkil edilməsi ilə bağlı müzakirələr aparılarkən, digər müəllim həmkarları razılıq versə də, lakin Valeh müəllim qərəzlilik edərək razılıq verməmişdir. Həmin vaxt onunla mübahisə baş vermiş, Şəxs ona qarşı təhqiramiz ifadələr işlətdiyi üçün həmin məktəbdə müəlim işləyən, qızı-Zərərçəkmiş şəxs Şəxs bu hərəkətinə görə onu tənqid etmiş, o isə Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək ona xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad kənd orta məktəbində müəllim həmkarı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5, Zərərçəkmiş şəxs, X2 və X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad Rayon Polis Şöbəsinin, İTB-yə göndərilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 Cəlilabad rayon şöbəsinin “canlı şəxsin ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 819 saylı tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının sol yarısının tüklü hissəsində sıyrıq və burunun sol yan hissəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 3,5 saata görə 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Cəlilabad Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində İnzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 19 noyabr 2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 3,5 saata görə 39 (otuz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Cəlilabad Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar