Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-16/2023 11.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlu sədrliyi Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə açıq məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair nin 3(073)-16/2023 nömrəli, _______ tarixli qərarının icrasına xitam verilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 3(073)-16/2023 nömrəli, _______tarixli qərarın icrasına xitam verilməsinə dair ______ ərizə ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 3(073)-16/2023 nömrəli, ___il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin ___maddəsi ilə təqsirli bilinərək barəsində_______növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki,___________. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 3(073)-16/2023 nömrəli, _____ 201 -ci il tarixli qərarının icrasına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki_______. Azərbaycan Respublikası İXM-nin 142.2-ci maddəsinə əsasən bu məcəllənin 142.1ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərə baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərə baxılması üçün maneə yaratmır. Azərbaycan Respublikası İXM-nin 142.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda; ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda; barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. Azərbaycan Respublikası İXM-nin 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 3(073)-16/2023 nömrəli, _____ 201 -ci il tarixli qərarın icrasına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 3(073)-16/2023 nömrəli, _____ 201 -ci il tarixli qərarın icrasına xitam verilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ______ Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-16/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-16/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver