Məhkəmə qərarları › İş №3(073)-160/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-160/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-160/2024 21.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx xxxxxx 1971-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhər Vaqif küçəsi ev 07-də qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(073)-2193/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2004-cü il tarixdə anadan olan X2 və xx.xx.2006-cı il tarixdə anadan olan X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaqa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədlərini icra müddəti ərzində icrasını tam təmin etməmiş, Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(073)-2193/2019 saylı icra vərəqəsi üzrə 6000 manat aliment borcu yaranmışdır. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Elşən Əsədov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Paşayev X4 Rayon Məhkəməsinin 02 dekabr 2019cu il tarixli, 2(073)-2193/2019 saylı icra sənədinin icrası müddəti ərzində icrasını təmin etməmiş və mütəmadi olaraq aliment borcunu ödəməmişdir. Şəxs bu günə qədər yaranmış aliment borcu 6000 manatdır. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqəsinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2019cu il tarixli, 2(073)-2193/2019 saylı icra vərəqəsi üzrə tələbkar X1 ödənilməmiş 6000 manat aliment borcu vardır. Heç bir yerdə işləmir və maddi imkanı olmadığı üçün həmin borcunu ödəyə bilməmişdir. Əməlindən peşimandır, məhkəmədən ona köməklik edilərək, yüngül cəza verilməsini xahiş edir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, icra məmuru Elşən Əsədovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 fevral 2024-cü il tarixdən, saat 11:40-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar