Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-165/2024 19.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6, Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X6 barəsində Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala, Cəlilabad Rayon Məhkəmsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X6 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən «Dadlılar manqal dönər» adlı obyektin reklam yayıcısı X11 tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin nümayəndəsi X8 verdiyi izahatında göstərmişdir ki, açıq məkanda reklam sahəsində keçirilən monitorinq zamanı, yəni 24 yanvar 2024-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən «Dadlılar manqal dönər» obyektinin icazəsiz açıq məkanda reklam yayımı halı müəyyən edilmişdir. Bu barədə həmin tarixdə 000012 saylı akt tərtib edilmiş və X9 açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının 5 (beş) gün müddətində aradan qaldırılması barədə yazılı göstəriş verilmişdir. Lakin həmin müddət ərzində X11 müafiq icazə almaq üçün Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinə müraciət etməmişdir. 15 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin nümayəndələri tərəfindən təkrarən həmin obyektə baxış keçirilmiş, lakin X6 qanunsuz reklam yayımlamasını davam etdirdiyi müəyyən edilmişdir. Buna görə də, barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protkol tərtib edilərək, baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən «Dadlılar manqal dönər» adlı obyekti icarəyə götürərək bir müddət işlətmişdir. Lakin işləri yaxşı getməyindən 2024-cü ilin yanvar ayının əvvəllərində həmin obyektdən çıxaraq, sahibinə təhvil vermişdir. O həmin obyekti icarəyə götürən zaman obyektin üzərində həmin yazılar mövcud olmuşdur. Obyekti təhvil verdikdən sonra həmin obyekti başqa şəxsin işlədib-işlətməməsindən məlumtı olmamışdır. Həmin obyekti işlətdiyi müddətdə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. Obyekti təhvil verdikdən sonra Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən onun ünvanına bildiriş göndərilsə də, obyekti təhvil verdiyinə görə həmin İdarə ilə müqavilə bağlamamışdır. Hazırda da həmin obyektin fəaliyyət göstərib-göstərmədiyindən məlumatı yoxdur. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsasız hesab edir. Qeyd olunanların nəzərə alınaraq hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X11 oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 000012 saylı aktdan görünür ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən «Dadlılar manqal dönər» obyektinin «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icazə almadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən X9 göndərilmiş açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldarılması barədə xx.xx.2024cü il tarixli, 000012 saylı yazılı göstərişdən görünür ki, X4 açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İşdə olan xəbərnamədən görünür ki, X9 ünvanlanmış göndəriş 06 fevral 2024-cü il tarixdə təyinatı üzrə çatdırılmışdır. İşdə olan X12 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli, 01 saylı baxış aktından görünür ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən obyektə («Dadlılar manqal dönər») təkrar baxış keçirilərkən həmin obyektdə qanunsuz reklam yayımlanmasının davam etdirildiyi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli aktdan görünür ki, həmin akta əsasən «Dadlılar manqal dönər» obyektində açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş baxış aktını X11 imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İşdə olan 15 fevral 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən «Dadlılar manqal dönər» adlı obyektin reklam yayıcısı X11 tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. «Reklam haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası» nın 2.10.2-ci bəndinə əsasən reklam yayıcısı ilə icazə müqaviləsi bağlanılır. Həmin Qaydanın 2.11-ci bəndinə əsasən icazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. Bu Qaydanın 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş əmtəələrə münasibətdə icazə müvafiq lisenziyada (sertifikatda və ya digər icazədə) müəyyən edilmiş müddətdən artıq verilə bilməz. Həmin Qaydanın 3.2-ci bəndində əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən 24 yanvar 2024-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Dadlılar manqal dönər” obyektinin icazəsiz açıq məkanda reklam yayımı halı müəyyən edilmişdir. Bu barədə həmin tarixdə İdarənin əməkdaşları tərəfindən 000012 saylı akt tərtib edilmiş və X9 açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının 5 (beş) gün müddətində aradan qaldırılması barədə yazılı göstəriş göndərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X1 şəhəri H.Əliyev prospektində yerləşən «Dadlılar manqal dönər» adlı obyekti icarəyə götürərək bir müddət işlətmiş, lakin 2024-cü ilin yanvar ayının əvvəllərində həmin obyektdən çıxaraq, sahibinə təhvil vermişdir. X11 həmin obyekti icarəyə götürən zaman obyektin üzərində həmin yazılar mövcud olmuş və obyekt təhvil verildikdən sonra da həmin yazılar qalmaqda davam etmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən həmin obyektə baxış keçirilən zaman X6 iştirakı təmin edilməmiş və həmin oybektdə fəaliyyət olmamışdır. Həmin hal Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkildə də öz əksini tapmışdır. Belə ki, həmin fotoşəkildən müəyyən edilir ki, həmin obyektə baxış keçrilən zaman X11 obyektdə olmamış və obyekt fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X12 İdarəsinin Elektrik nəzarət Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X6 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(073)-165/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-165/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver