Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-165/2025 13.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12, İnzibati xəta törətmiş şəxs Şəxs, onun vəkili X9, X1 iştirakları ilə, Şəxs – xx.xx.1960-cı ildə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 12 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Şəxs Emin oğlu və xx.xx.2014-cü il təvəllüdlü X10, anaları X2 yanında saxlanılmış və uşaqlar X5 alınıb X3 verilməsinə dair icra məmururun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə iclasında Cəlilabad rayon İcra Şöbəsinin böyük icra məmuru X15 izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1140/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Şəxs Emin oğlu və xx.xx.2014-cü il təvəllüdlü X10, anaları X2 yanında saxlanılmış və uşaqların X5 alınıb X3 verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq xx.xx.2013-cü il təvəllüdlü Şəxs Emin oğlunun və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları X3 verməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, X11 barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Şəxs Emin oğlu və xx.xx.2014-cü il təvəllüdlü X10, anaları X2 yanında saxlanılmış və uşaqları X5 alınıb X3 verilməsi qət edilmişdir. Bildirmək istəyir ki, beş il bundan öncə Fəxriyyə Nifullayeva uşaqları onların yanında qoyaraq Ruslan adlı bir ilə qoşulub Bakı şəhərinə qacmış və öz həyatını yaşamışdır və o vaxdan nəvələrinə o baxmışdır. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1140/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Şəxs Emin oğlu və xx.xx.2014-cü il təvəllüdlü X10 onun yanında saxlanılmış və uşaqları X5 alınıb onun himayəsinə verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs uşaqların ona verməsinə mane olmuşdur. Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə tələbi yerinə yetirməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-165/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-165/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver