Məhkəmə qərarları › İş №3(073)-1651/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1651/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1651/2025 24.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müafiəçisi X1 iştirakları ilə, Şəxs – xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 24 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 24 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində ucadan ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəstən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində Diaqnostika mərkəzinin qarşısında atası Valeh Orucova məxsus “Vaz 2107” markalı **-UF-*** nömrəli dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ondan sənədlərini istəmişlər, o isə sənədlərinin olmadığını bildirmişdir. YPX-əməkdaşları ona yaxınlaşanda o, avtomobili idarə etməmiş, atasını maşından düşürdüb dayanmışdır. Yaxınlaşan polis əməkdaşları onun avtomobilinə əyləşərək irəli sürməsini və daha sonra cərimə meydançasına sürməsini bildirmişdir. O, etirazını bildirmiş və avtomobili deyilən istiqamətə yox geriyə dönərək atası olan yerə doğru sürmüşdü. Bundan sonra aralarında mübahisə yaranmışdır. O əsblərinə hakim ola bilməyib haqsızlıq etdiklrini bildirmiş, həmçinin əsəbi halda olduğu üçün maşını aşıracağını bildirmişdir, həmçinin həmin ünvanda ünvansız nalayiq ifadələr işlətmişdir Bundan sonra polis əməkdaşları onu RPŞ-yə gətirmişlər. Etdiyi əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat10:30 radələrində Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Elməddin Əsgərov ilə birlikdə xidmətda olan zaman Cəlilabad şəhəri, Qurtuluş prospektində Diaqnostika mərkəzinin qarşısında hərəkətdə olan “Vaz 2107” markalı **-UF-*** nömrəli dövlət qeydiyyat nömrə nişanlı avtomobildə kanukturuksiya dəyişikliyi olduğu üçün saxla işarəsi vermiş və sürücü avtomabili yolun kənarında saxladıqdan sonra YPX-nin inspetoru, polis baş serjantı Elməddin Əsgərov ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra avtomobilin sənədlərini baxış keçridikdə sürücünün etibarnaməsi olmadığı və avtomobilin arxa yaylarının nasaz vəziyyətdə olduğu üçün həmin şəxsi avtomobili ilə birlikdə Cəlilabad RPŞ-nə dəvət etdikdə sürücü səs-küy salmağa və onlarla mübahisə etməyə balamış, onlar həmin şəxsi nizam-intizama dəvət edib avtomobili duracağa təmin etməsini bildirmişlər və inspektor Elməddin həmin avtomobil ilə RPŞ-nin duracağına getməsi ünün əyləşmişdir. Lakin sürücü onların qanuni tələblərinə qəstən tabe olmayaraq avtomobili RPŞ-yə yox məsi Göytəpə şəhəri istiqamətinə doğru hərəkət edirmişdir. O, PPXB-nin əməkdaşlarını efir vasitəsi ilə köməyə çağırmışdır. Həmin vaxt avtomobili yüksək surətlə hərəkət etdirərərk, təhlükəli manevr edərək avtomobili Diaqnostikanın qarşısında saxlayaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozduğu üçün və onların qanuni tələblərin əqəsdən tabe olmadığı üçün PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat10:30 radələrində Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Taleh Əliyevlə ilə birlikdə xidmətda olan zaman Cəlilabad şəhəri, Qurtuluş prospektində Diaqnostika mərkəzinin qarşısında hərəkətdə olan “Vaz 2107” markalı **-UF-*** nömrəli dövlət qeydiyyat nömrə nişanlı avtomobildə kanukturuksiya dəyişikliyi olduğu üçün saxla işarəsi vermiş və sürücü avtomabili yolun kənarında saxladıqdan sonra ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra avtomobilin sənədlərini baxış keçridikdə sürücünün etibarnaməsi olmadığı və avtomobilin arxa yaylarının nasaz vəziyyətdə olduğu üçün həmin şəxsi avtomobili ilə birlikdə Cəlilabad RPŞ-nə dəvət etdikdə sürücü səs-küy salmağa və onlarla mübahisə etməyə balamış, onlar həmin şəxsi nizamintizama dəvət edib avtomobili duracağa təmin etməsini bildirmişlər və o, həmin avtomobil ilə RPŞ-nin duracağına getməsi üçün həmin avtomobilə əyləşmişdir. Lakin sürücü onların qanuni tələblərinə qəstən tabe olmayaraq avtomobili RPŞ-yə yox məsi Göytəpə şəhəri istiqamətinə doğru hərəkət edirmişdir. O, PPXB-nin əməkdaşlarını efir vasitəsi ilə köməyə çağırmışdır. Həmin vaxt avtomobili yüksək surətlə hərəkət etdirərərk, təhlükəli manevr edərək avtomobili Diaqnostikanın qarşısında saxlayaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozduğu üçün və onların qanuni tələblərin əqəsdən tabe olmadığı üçün PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 24 noyabr 2025-ci il tarixdən, saat 10:55-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar