Məhkəmə qərarları › İş №3(073)-1658/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1658/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1658/2025 11.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, X1 iştirakı ilə, X3 DİN BDYPİ-nin 25 sentyabr 2025-ci il tarixlii EQ/30912272 saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin 25 sentyabr 2025-ci il tarixlii EQ/30912272 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X4 şikayət verərək, barəsində olan DİN BDYPİ-nin 25 sentyabr 2025-ci il tarixlii EQ/30912272 saylı qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə əsasən, şikayətçi 25 sentyabr 2025-ci il tarixdə, saat 16:47-də idarə etdiyi “KAMAZ 5511 Yük” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən Yol nişanlarının tələblərinə riayət etmədiyinə görə elektron qaydada protokol tərtib edilməklə Azərbaycan Respublikası İXMnın 327.1, 332.3-cü maddələri ilə inzibati qaydada 400 (dörd yüz) manat cərimə edilmişdir. O, həmin qərarla razılaşmır, həmin qərar tam əsassızdır ona görə də ləğv olunmalıdır. Belə ki, o yol hərəkəti qaydası əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərarı qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etmədiyi üçun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və Cəlilabad Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli 3(073)-815/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququm məhdudlaşdırılmışdır. Barəsində tərtib olunmuş protokol üzrə cərimə və dəbbə pulunu ödəyərək 21 avqust 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 3(073)-815/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cəlilabad rayon Məhkəməsi vəsatətinə baxaraq 22 avqust 2025-ci ıl tarixli, 3(073)- 815/2025 nömrəli qərarı ilə 24 12 2025-ci il tarixli EQ 25208776 saylı, 19 11.2025-ci ıl tarixli EQ 24814954 saylı və xx.xx.2024-cü ıl tarixli EQ 24728789 saylı protokollar üzrə cərimə və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödədiyindən, barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Cəlilabad Rayon Məhkəməsinin 24 iyul 2025-ci ıl tarixli 3(073)-815/2025 saylı qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsində inzibatı tənbeh tədbiri olaraq qırx manat məbiəğındə cənmə nəzərdə tutulmuşdur. Onun bu qayda pozuntusu törətməyinə gorə 400 manat cərimə olunmağı əsassız və qanunsuzdur. Qeyd olunanların nəzərə alınaraq onun Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilməsi barədə 25 sentyabr 2025-ci il tarixli EQ/30912272 nömrəli İnzibatı tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, tərəfindən müvafiq cərimə məbləğləri ödənilmiş və Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar ləğv edilmişdir. Belə olan halda nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs qismində məsuliyyətə cəlb edilməsi və yüksək məbləğdə cərimələnməsi əsassızdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 25 sentyabr 2025-ci il tarixli EQ/30912272 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 25 sentyabr 2025-ci il tarixdə, saat 16:47-də idarə etdiyi “KAMAZ 5511 Yük” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən Yol nişanlarının tələblərinə riayət etmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 327.1 və 332.3-cü maddələri ilə inzibati qaydada 400 (dörd yüz) manat cərimə edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 22 avqust 2025-ci ıl tarixli, 3(073)- 815/2025 nömrəli qərarından görünür ki, həmin qərarla X4 xx.xx.2025-ci il tarixli EQ 25208776 saylı, xx.xx.2025-ci il tarixli EQ 24814954 saylı və xx.xx.2024-cü il tarixli EQ 24728789 saylı protokollar üzrə cərimə və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödədiyindən, barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Cəlilabad Rayon Məhkəməsinin 24 iyul 2025-ci ıl tarixli 3(073)-815/2025 saylı qərarına xitam verilmişdir. İşdə olan DİN-nin DYP Veb Portaldan çıxarışdan görünür ki, X4 25 sentyabr 2025-ci il tarixli EQ/30912272 saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.1, 332.3-cü maddələrinə əsasən 400 (dörd yüz) manat cərimə edilmiş və 44 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə, ilk növbədə DİN BDYPİ-nin 25 sentyabr 2025-ci il tarixlii EQ/30912272 saylı inzibati tənbeh vermə haqqında qərarının qanuniliyi məsələsinə qiymət verməyi zəruri hesab edir. İş materiallarından, şikayətçinin izahatından müəyyən edilir ki, DİN BDYPİ tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 3(073)- 815/2025 nömrəli qərarından görünür ki, həmin qərarla X4 xx.xx.2025-ci il tarixli EQ 25208776 saylı, xx.xx.2025-ci ıl tarixli EQ 24814954 saylı və xx.xx.2024-cü ıl tarixli EQ 24728789 saylı protokollar üzrə cərimə və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödədiyindən barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Cəlilabad Rayon Məhkəməsinin 24 iyul 2025-ci ıl tarixli 3(073)-815/2025 saylı qərarına xitam verilmişdir. Belə olan halda onun sürücülük hüququ müvəqqəti məhdudlaşdırılmış şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Məhkəmə, habelə hesab edir ki, şəxsin əməlində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməli tərkibinin müəyyən olunması üçün material DİN BDYPİnə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. 25 sentyabr 2025-ci il tarixli EQ/30912272 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Şikayətçi tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilib-törədilmədiyinin müəyyən edilməsi üçün qərar DİN BDYPİ-nə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar