Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-166/2024 15.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xətanı törətmiş şəxs X1, X8 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” obyektinin rəhbəri X1 barəsində Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 15 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” gözəllik salonu reklamlarının müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanması aşkar olunmuşdur. Bununla da Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” obyektinin rəhbəri X2 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X8 İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” gözəllik salonu reklamlarının müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanması aşkar olunmuşdur. Reklamların qanunsuz yayımlanması faktı ilə bağlı Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” gözəllik salonuna dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, onlar əlavə reklam yayımı üçün müvafiq icazə sənədinin alınmasından ötrü X8 İdarəsinə müraciət etməmişlər. Bunula da, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin tələblərini pozmuşlar. X8 İdarəsinin qanunla üzərinə qoyulan məsuliyyət və səlahiyyətlər çərçivəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” obyektinin rəhbəri X1 barəsində müvafiq tədbir görülməsi üçün protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. “Rüngül Gəlinlik” obyektinin rəhbəri X2 barəsində çıxarılmış hər hansı qərara etirz etməyəçəklərini bildirdi. Məhkəmə iclasında Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” obyektinin rəhbəri X2 izahat verərək bildirdi ki, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Rüngül Gəlinlik” gözəllik salonunu o, işlədir. Xəstə olduğu üçün həmin vaxı o, X8 İdarəsinə müraciət edə bilməmişdir. X7 Reklam İdarəsinə müraciət edərək yeni müqavilə bağlamışdır. Ona görədə işin icraatına xitam verilməsini xahiş etdi. Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” obyektinin rəhbəri X1, Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsinin izahatıları, inzibati xəta haqqında protokolla və eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın (bundan sonra-qayda) 2.9-cu bəndini rəhbər tutaraq qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması tələb olunmuş. Əks təqdirdə, açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacaqdır. İşdə olan ********** saylı VÖEN-nin surətindən görünür ki, X2 fərdi sahibkarlıq statusuna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” obyektinin rəhbəri X1 barəsində inzibati tənbeh tədbiri görərkən fiziki şəxs olmasını və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müvafiq icazə sənədinin alınmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Rüngül Gəlinlik” obyektinin rəhbəri X2 Azərbaycan Respulikası İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-166/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-166/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver