Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1662/2025 17.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 25 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 25 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhəri, M.Hadi küçəsinin yaxınlığında yerləşən göldə balı ovlanması qaydalarını pozaraq balıq ovu etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Cəlilabad RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Elşən Əsgərov tərəfindən tərtib olunmuş 25 noyabr 2025-ci il tarixli raportdan görünür ki, 25 noyabr 2025-ci il tarixdə, saat 22:15 radələrində ximət etdiyi inzibati ərazidə, Cəlilabad şəhəri, M.Hadi küçəsinin yaxınlığında yerləşən göldə 5 nəfər şəxsin qanunsuz balıq ovu etdiklərini görmüş və bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş və Cəlilabad RPŞ-nin PPXB-nin tağım komandiri, polis kopitanı Xalid İbrahimli, RPŞ-nin PPXB-nin tağım komandiri, baş serjantı Ceyhun İşiyev və PPXB-nin polis nəfəri, polis baş serjantı Orxan Səmədli həmin yerə gələrək həmin şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə onları RPŞ-yə dəvət edilmişlər. Cəlilabad RPŞ-də həmin şəxslərin Cəlilabad şəhəri, H.Məmmədov küçəsi, ev 14-də qeydiyyatda olan X4, ünvan 1 ünvanda qeydiyyatda olan X5, ünvan 2 ünvanda qeydiyyatda olan X8, ünvan 3vanda qeydiyyatda olan Şəxs və ünvan 4 ünvanda qeydiyyatda olan X1 olduqlarını müəyyən edilmişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikası “Ovçuluq haqqında qanunun” və “Heyvanlar aləmi haqqında qanunun”, Nazirlə Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 saylı qərarının tələblərini pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin sahə müvəkkili X2 verdiyi ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:15 radələrində X3 da daxil olmaqla 5 nəfərin Cəlilabad şəhəri M.Hadi küçəsi yaxınlığında yerləşən göldə qanunsuz balıq ovu edildiyi barədə Cəlilabad RPŞ-nin İTB-nin sahə rəisi Elşən Əsədovun növbətçihissəsyə verdiyi məlumat əsasında o, X7 və X6 ilə birlikdə həmin yerə yaxınlaşaraq 5 nəfər şəxsin balıq tutduqlarını görmüşlər. Həmin vaxtı onlardan biri sudan toru çıxarıb götürərək ərazidən qaçmağa cəhd etmiş, lakin əməkdaşlarla həmin şəxsi qovub tutmuşlar və şəxsiyyətini müəyyən edərək onun Şəxs olduğu məlum olmuşdur. Şükür Baxşəliyevin torla balıq tutması aşkar olunmamışdır. Daha sonra həmin şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsi üçün onları RPŞ-yə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin polis nəfəri X7 verdiyi ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:15 radələrində 5 nəfərin Cəlilabad şəhəri M.Hadi küçəsi yaxınlığında yerləşən göldə qanunsuz balıq ovu edildiyi barədə sahə rəisi Elşən Əsədovun növbətçi-hissəsyə verdiyi məlumat əsasında o, Cəlilabad RPŞ-nin sahə müvəkkili X2 və X6 ilə birlikdə həmin yerə yaxınlaşaraq 5 nəfər şəxsin balıq tutduqlarını görmüşlər, həmin vaxtı onlardan biri sudan toru çıxarıb ərazidən qaçmağa çalışmış, lakin onlar həmin şəxs qovub tutmuşlar və şəxsiyyətini müəyyən edərək onun Şəxs olduğu məlum olunmuşdur. Şükür Baxşəliyevin torla balıq tutması aşkar olunmamışdır. Daha sonra həmin şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsi üçün onları RPŞ-yə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:15 radələrində 5 nəfərin Cəlilabad şəhəri M.Hadi küçəsi yaxınlığında yerləşən göldə qanunsuz balıq ovu edildiyi barədə sahə rəisi Elşən Əsədovun növbətçi-hissəsyə verdiyi məlumat əsasında o, X2 və X7 ilə birlikdə həmin yerə yaxınlaşaraq 5 nəfər şəxsin balıq tutduqlarını görmüşlər, həmin vaxtı onlardan biri sudan toru çıxarıb ərazidən qaçmağa çalışarkən, onlar həmin şəxs qovub tutmuşlar və şəxsiyyətini müəyyən edərək onun Şəxs olduğu məlum olunmuşdur. Şükür Baxşəliyevin torla balıq tutması aşkar olunmamışdır. Daha sonra həmin şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsi üçün onları RPŞ-yə dəvət etmişlər. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görəinzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətdiyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş predmet-tor müsadirə edilməklə 1000 (bir min) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-1662/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1662/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver