Məhkəmə qərarları › İş №3(073)-167/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-167/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-167/2024 06.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı tərəfindən tərtib olunmuş 02 fevral 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, 18 yanvar 2024-cü il tarixdə Cəlilabad rayon ərazisində “Zəvvar OT-nın ot yeri” adlanan ərazidə qanunsuz ov edərək saxlanılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkın X1 tərəfindən tərtib olunmuş 18 yanvar 2024-cü il tarixli AA№000321 Aktın surətindən görünür ki, Brokonyerliyə qarşı keçrilən növbəti xidməti reyd zamanı təsərrüfatın “ot yeri” adlanan ərazisində qanunsuz ovla məşqul olan iki nəfər tərəflərindən saxlanılmış, aparılmış söhbət zamanı məlum olmuşdur ki, həmin şəxslərdən biri Cəlilabad rayonu, Sabirabad kənd sakini Şəxs, digəri Masallı rayonu, Mollahəsənli kənd sakini X2r. Şəxs üzərində olan 12 çaplı “Retay” markalı, G 21045182 saylı ov tüfənginə aid sənədlər və Murad Əsgərovun üzərindəki MR-155 markalı, 12 çaplı ******* saylı ov tüfənginə aid müvafiq sənədləri təqdim etmişdirlər. Hər ikisinin ov çantasına başış keçrilmiş, heç bir ov qəniməti aşkar edilməmişdir. Bununla da vətəndaşlar Şəxs və X3 Azərbaycan Respublikası “Ovçuluq haqqında qanunun” və “Heyvanlar aləmi haqqında qanunun”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 saylı qərarının tələblərini pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə uyğun inzibati xəta törətmişlər. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş 12 çaplı “Retay” markalı, G 21045182 saylı ov tüfəngi müsadirə edilməklə, 1000 (bir min) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinsin inzibati xətanın törədilməsində alət olmuş 12 çaplı “Retay” markalı, G 21045182 saylı ov tüfəngi müsadirə edilməklə, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan.Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar