Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1672/2025 27.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Əzizli X2 rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-10567 saylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1364/2024 saylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2294/2025 saylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)- 1284/2025 saylı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-3897/2017 saylı və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-1180/2016 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-10567 saylı icra qeydinə əsasən borclu Şəxs cəmi 130 manat pul alınıb tələbkar BOKT "xxxx" MMC-nə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1364/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 949 manat pul və 30.40 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs1, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2294/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 925 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs2, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-1284/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2043.76 manat pul və 40.44 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-3897/2017 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 1837.13 manat pul alınaraq tələbkar "xxxx" MMC-nə və Cəlilabad rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(073)-1180/2016 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 2475.36 ABŞ dolları (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) pul və 20 manat dövlət rüsumu alınaraq tələbkar BOKT "xxxx" MMC-nə verilməlidir. İcra sənədləri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu tam şəkildə icra etməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, yaranmış borclarını bir dəfəyə ödəmək iqtidarında deyildir, borcunu ancaq hissə-hissə ödəyə bilər. Bununla belə, Cəlilabad rayon 1 saylı notariat ofisinin xx.xx.2023cü il tarixli, 8İ-10567 saylı icra qeydindəki borcu tam şəkildə ödəmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1364/2024 saylı icra sənədindəki borcundan 150 manat, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-2294/2025 saylı icra sənədindəki borcundan 150 manat və Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-1284/2025 saylı icra sənədindəki borcundan 150 manat ödəniş etmişdir. Qalan borcunu da qısa müddət ərzində ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, yaranmış borcun mülki münasibətlərdən irəli gəldiyini, habelə qısa müddət ərzində onun tərəfindən icra sənədlərinin çoxu üzrə ödənişlər edildiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddə tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-1672/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1672/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver