Məhkəmə qərarları › İş №3(073)-1679/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1679/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1679/2025 01.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1988-ci il tarixdə Cəlilabad rayonu, Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Moranlı kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan barəsində Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 29 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 29 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhəri, Qurtuluş küçəsində özünə məxsus ərzaq mağazasınd ucadan ünvansız nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, Cəlilabad şəhəri, Səttərxan küçəsində özünə məxsus ərzaq mağazası var 3 gün əvvəl mağazadan ogurlu edilmişdir, oğrunu görüb əsəbləşmiş, nalayiq iasdələr işlətmiş, onun maddi imkanı pis olduğu üçün çox pis olmuş, özünü idarə edə bilməmişdir. Polis əməkdaları onu sakitləşdirə bilməmişdirlər. Bundan sonra polis əməkdaşları onu çətinliklə də olsa oradan uzağlaşdıraraq RPŞ-yə gətirmişlər. Etdiyi əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən Şəxs məxsus ərzaq mağazasında baş vermiş oğurluq faktını törətmiş, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı ərzaq mağazasının sahibi Şəxs Elməddin Kərimovun üzərinə gələrək ucadan səs-küy salmağa və onu təhqir etməyə başlamış, orada olan polis əməkdaşları onu ordan uzaqlaşdırıb, onu kənarda olan şəxsləri narahat etməməsini və nalayiq ifadələr işlətməməsini bildirmişlər, lakin həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətləini davam etdirərərk ictimai qaydanı pozduğu üçün və onların qanuni tələblərin əqəsdən tabe olmadığı üçün PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən Şəxs məxsus ərzaq mağazasında baş vermiş oğurluq faktını törətmiş, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı ərzaq mağazasının sahibi Şəxs Elməddin Kərimovun üzərinə gələrək ucadan səs-küy salmağa və onu təhqir etməyə başlamış, orada olan polis əməkdaşları onu ordan uzaqlaşdırıb, onu kənarda olan şəxsləri narahat etməməsini və nalayiq ifadələr işlətməməsini bildirmişlər, lakin həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətləini davam etdirərərk ictimai qaydanı pozduğu üçün və onların qanuni tələblərin əqəsdən tabe olmadığı üçün PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən Şəxs məxsus ərzaq mağazasında baş vermiş oğurluq faktını törətmiş, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı ərzaq mağazasının sahibi Şəxs Elməddin Kərimovun üzərinə gələrək ucadan səs-küy salmağa və onu təhqir etməyə başlamış, orada olan polis əməkdaşları onu ordan uzaqlaşdırıb, onu kənarda olan şəxsləri narahat etməməsini və nalayiq ifadələr işlətməməsini bildirmişlər, lakin həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətləini təxinən 5-10 dəqiqə davam etdirərərk ictimai qaydanı pozduğu üçün və onların qanuni tələblərin əqəsdən tabe olmadığı üçün PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində yerləşən Şəxs məxsus ərzaq mağazasında baş vermiş oğurluq faktını törətmiş, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı ərzaq mağazasının sahibi Şəxs Elməddin Kərimovun üzərinə gələrək ucadan səs-küy salmağa və onu təhqir etməyə başlamış, orada olan polis əməkdaşları onu ordan uzaqlaşdırıb, onu kənarda olan şəxsləri narahat etməməsini və nalayiq ifadələr işlətməməsini bildirmişlər, lakin həmin şəxs onlara məhəl qoymayaraq öz hərəkətləini təxinən 5-10 dəqiqə davam etdirərərk ictimai qaydanı pozduğu üçün və onların qanuni tələblərin əqəsdən tabe olmadığı üçün PPXB-nin əməkdaşlarının köməyi ilə RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 29 noyabr 2025-ci il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar