Məhkəmə qərarları › İş №3(073)-169/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-169/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-169/2024 06.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta haqqında qərardaş şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndələri X8 və X9 iştrakı ilə, Şikayət verən şəxs X4 Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında tənbehvermə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X6 izahatında göstərmişdir ki, barəsində Azərbaycan Respublikasının Qida X1-X10 məsləhətçisi X11 tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin mətbəx sahəsində aparılan planlı yoxlama zamanı bəzi qida məhsullarının temperatur rejiminə əməl olunmadan saxlanılması, qida məhsullarının yerdən aralı məsafədə saxlanılmaması, mal qonşuluğu prinsipinə əməl olunmaması aşkar edilmişdir. Bununla da barəmdə Azərbaycan Respublikası İXM-in 444.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Agentliyin X2 məsləhətçisi V.Talıbzadənin xx.xx.2024-cü il tarixli, ******* nömrəli izibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. O, Xəstəxana direktorunun terapevtik xidmətlər üzrə müavini vəzifəsində çalışır və ona “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İcraçı direktorunun 30 dekabr 2023-cü il tarixli əmri ilə həmin tarixdən 30 mart 2024-cü il tarixinədək müəssisənin direktoru vəzifəsi həvalə edilmiş, 16 fevral 2024-cü il tarixli əmrlə direktor vəzifəsi üzrə əmək funksiyasının icrasının həvalə edilməsi dayandırılmışdır. Hesab edir ki, qeyd olunan inzibati xətanın onun tərəfindən törədilməsinə dair tərtib edilmiş protokol və qərar tamamilə əsassızdır, qanunvericiliyə və işin faktiki hallarına ziddir, qərəzli olaraq tərtib edilmişdir. Belə ki, yoxlamanın nəticələri üzrə Qərarda qeyd edilən bir sıra nöqsanlar onun direktor vəzifəsini əvəz etdiyi (30 dekabr - 16 fevral) dövrdə yaranan nöqsanlar olmamış, bəziləri əvvəlki direktorun rəhbərlik etdiyi dövrlərdə aradan qaldırılmalı olan çatışmazlıqlar olmuş, bəziləri isə dövri olaraq sənədləşmənin yenilənməsi dövrünə təsadüf etmişdir. Büdcədən maliyyələşən təşkilat olaraq müvafiq sahələrinin əsaslı və ya cari təmiri, avadanlıq və cihazların alınması, müvafiq qurumlarla müqavilələrin bağlanılması və s. tender əsasında həyata keçirilir. Bununla da demək olar ki, həmin xətaların törədilməsinə onun heç bir aidiyyəti yoxdur. Protokolun tərtib edilməsinə səbəb olmuş nöqsanlar - qida məhsullarının temperatur rejiminə əməl olunmadan saxlanılması, qida məhsullarının yerdən aralı məsafədə saxlanılmaması, mal qonşuluğu prinsipinə əməl olunmaması bilavasitə onun vəzifə öhdəliklərinə aid olmamaqla həmin sahə üzrə məsul işçilərin vəzifə öhdəliklərinə daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı” ilə tibb müəssisəsinin rəhbərinin bir sıra vəzifə öhdəlikləri, hüquqları və məsuliyyəti nəzərdə tutulmuşdur və Təlimatdan da göründüyü kimi direktor müəssisənin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən vəzifəli şəxsdir. Təlimata əsasən tibb müəssisəsinin rəhbəri ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə, normativ-hüquqi aktların və rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə, maddi, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə edilməsinə, daxili intizam, sanitariya və əksepidemik rejimə, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə, mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına, müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına, tibb heyəti tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə, göstərilən tibbi yardımın keyfiyyətinə görə məsuliyyət daşıyır və əmək intizamının, qanunvericilik və normativ hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. TƏBİB-in İcraçı direktorunun müvafiq əmri ilə TƏBİB tabeliyində olan tibb müəssisələrində qidalanmanın təşkili qaydalarını müəyyənləşdirən Təlimat təsdiq edilmişdir ki, həmin təlimata əsasən, mətbəxin və anbarın fəaliyyətinə rəhbərliyi, nəzarəti, ərzaq emalı prosesinin ardıcıl şəkildə təşkilini tibb müəssisəsində qidalanmanın təşkili üzrə cavabdeh şəxslər həyata keçirirlər. Buradan da aydın şəkildə göründüyü kimi protokol xətanın törədilməsinə aidiyyəti olmayan şəxs barəsində tərtib edilmişdir. Bundan əlavə yoxlama aparılan tarixdə TƏBİB tərəfindən qida məhsulları yeni gəldiyi üçün yerə boşaldılmış vəziyyətdə olmuş və istehsal tarixlərinə görə təhvil-təslim işləri aparılırdı. Bu səbəbdən də qida məhsulları rəflərə yerləşdirilməmiş vəziyyətdə aşkarlanmış və nöqsan kimi qeydə alınmışdır. Habelə, həmin vaxt yoxlama aparılmasına başlanılması səbəbindən məsul işçilər tələskənliyə yol verərək bəzi qida məhsullarını təlimata uyğun olmayan rəflərə və ya soyuducu qurğulara yerləşdirmişlər ki, bu da öz növbəsində həmin qida məhsullarının saxlanılması qaydalarının pozulması (mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsi) kimi qeydə alınmasına səbəb olmuşdur. Bütün bu qeyd olunanlara əsasən, hesab edir ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar əsassız olaraq qəbul edilmiş, həmçinin onun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Hesab edir ki, yuxarıda qeyd edilmiş əsaslara görə barəmdə qəbul edilmiş qərar əsaslı deyil və qeyd olunan inzibati xətanın törədilməsinin ona heç bir aidiyyəti yoxdur. Bu səbəbdən sözügedən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Qida X1-X10 məsləhətçisi X8 xx.xx.2024-cü il tarixli, ******* nömrəli izibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi X12 izahatında göstərdi ki, X6 barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin mətbəx sahəsində aparılan planlı yoxlama zamanı bəzi qida məhsullarının temperatur rejiminə əməl olunmadan saxlanılması, qida məhsullarının yerdən aralı məsafədə saxlanılmaması, mal qonşuluğu prinsipinə əməl olunmaması aşkar edilmişdir. Bununla da barəmdə Azərbaycan Respublikası İXM-in 444.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, xx.xx.2024-cü il tarixli, ******* nömrəli izibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın qanuni hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi X11 nümayəndə X9 izahatı ilə eyniməzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayət verən şəxs X4 və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndələrinin izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın”ın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon X7 Hüquqi Şəxsinin mətbəxt sahəsində aparılan planlı yoxlama zamanı bəzi qida məhsullarının temperatur rejiminə əməl olunmadan saxlanılması, qida məhsullarının yerdən aralı məsafədə saxlanılmaması mal qonşuluğu prinsiplərinə əməl olunmaması aşkar edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla X6 inzibati məsuliyyətə cəlb edilərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta türədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin güstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxsin X5 barəsində gədiyi nəticələr inzibati tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Tədqiq olunmuş materiallardan göründüyü kimi X5 şikayət etdiyi inzibati qərarda göstərilən inzibati xəta hadisəsini törətmişdir. İnzibati xəta hadisəsi bilavasitə aşkar olunmuş, şikayətdə qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməməlidir. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət verilmiş qərar qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126, 128, 130, 131, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı qanuni hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar